AktualAktualArxivXəbər lentiXəbərlər

Universitet tələbələri Azərbaycan Respublikasının səfirliyinə etiraz tablosu göndərdi

İmam Sadiq (ə) Universitetinin Tələbə Bəsicinin siyasi məsulu Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə etiraz bildirən tablonun göndərildiyini xəbər verib. Tablo, B. Netanyahunun Bakıya səfəri və bu ölkə başçısı İ. Əliyevlə görüşə etiraz məqsədi daşıyır.
Qafqaz Mədəniyyət Mərkəzi -İmam Sadiq (ə) Universitetinin Tələbə Bəsicinin siyasi məsulu Nəvid Əmidi Azərbaycan Respublikasının Tehranda səfirliyinə etiraz tablosunun göndərildiyini xəbər verib. Tablo, Benyamin Netanyahunun Bakıya səfəri və bu ölkə başçısı İlham Əliyevlə görüşə etiraz məqsədi daşıyır.
O, əlavə edib: “Bu tabloda İ. Əliyevin B. Netanyahu ilə görüşü və fələstinli uşaqların qanına qəltan edilməsi səhnələri təsvir edilib. Təsvirdə yazılıb: Torpağı işğal altında olan bir dövlət, müsəlman torpağını işğal edən dövlət ilə dost olmaz”.
N. Əmidi sionist rejimin müsəlman ölkəsi olan Azərbaycan Respublikasına nüfuz etməsinə görə narahatlıq hissini bildirib və deyib: “Netanyahuya evsahibliyi etmək Azərbaycan rəhbərləri üçün ədəbi rüsvaylıq və bütün dünya müsəlmanlarına xəyanət etməkdir”.
İmam Sadiq (ə) Universitetinin Tələbə Bəsicinin siyasi məsulu Azərbaycan torpağının bir hissəsinin Ermənistanın işğalında olmasına da toxunaraq deyib: “Yadlar tərəfindən torpağın işğal edilməsi Azərbaycan və Fələstin arasında ortaq bir dərddir və bu məsələ Azərbaycanı Fələstinə yaxınlaşdırmalıdır. Bakı dövlətinin rəhbərləri bu məsələyə diqqət etsinlər”.

1395092516235033194611110

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button