ArxivXəbər lentiXəbərlər

İsrail Baş nazirindən Ayətullah Xameneiyə: “Dovşan yox, aslanıq!”

Netanyahu Qazaxıstan səfəri zamanı Ayətullah Xameneinin “Daha əvvəl də dediyim kimi, əgər müsəlmanlar fələstinlilərlə birləşib döyüşsəydi, Sionist rejim 25 ildir mövcud olmazdı” açıqlamasına cavab verib…

İslamazeri.az “Sputnik”ə istinadən xəbər verir ki, İsrail rejimi Baş naziri Benyamin Netanyahu İranın Ali Lideri Ayətullah Əli Xameneinin İsraillə bağlı açıqlamasına cavab verib. Natanyahu “Dovşan yox, aslanıq. Bizi təhdid etsəniz, özünüzü təhlükəyə atarsınız” – deyib.

Netanyahu Qazaxıstan səfəri zamanı İranın Ali Lideri Xameneinin “Daha əvvəl də dediyim kimi, əgər müsəlmanlar fələstinlilərlə birləşib döyüşsəydi, Sionist rejim 25 ildir mövcud olmazdı” – açıqlamasına cavab verib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İsrail rejimi Baş nazirinə İran Prezidenti Həsən Ruhaninin gələn həftə Qazaxıstana səfər edəcəyini xatırladıb, ona bir mesajı olub olmadığını soruşub.

“İRANIN İSRAİLİ MƏHV ETMƏK İSTƏDİYİNƏ İNANIRAM”

Netanyahu sualı “Dovşan yox, aslanıq. Əgər bizi təhdid etsəniz, özünüzü təhlükəyə atarsınız” – deyərək cavab verib.
İranın İsrailə qarşı siyasətini dəyişdirəcəyi təqdirdə də eyni şəkildə qarşılıq veriləcəyini bildirən Netanyahu, Nazarbayevin“Həqiqətən də İranın İsraili yox etmək istədiyinə inanırsınızmı?” sualına isə “Bəli, inanıram” cavabını verib.

Qeyd edək ki, Ayətullah Xamenei ilə yanaşı İranın müdafiə naziri Hüseyn Dehqan həftənin əvvəlində ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Yaxın Şərqdə hansısa bir müharibə başladacağı təqdirdə bunun İsrailin yox edilməsinə yol aça biləcəyini söyləmişdi.

Dehqan bu açıqlamanı Trampın rəsmi Tehran ilə P5+1 ölkələri arasındakı nüvə sazişini ləğv etmə ehtimalına göndəriş kimi edib.

Çünki Tramp kimi müqaviləyə qarşı çıxan Natenyahu da bu barədə yeni seçilmiş prezidentlə görüşməni səbrsizliklə gözlədiyini bildirmiş və ağlında müqaviləni ləğv edə biləcək “5 şey” olduğunu demişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button