ArxivXəbər lentiXəbərlər

Əsərləri İranda nümayiş etdirilən Azərbaycan R. rəssamları mükafatlandırılıblar

Bakıda keçirilən bir məraisimdə əsərləri İranın Təbriz şəhərində keçirilən sərgidə nümayiş etdirilmiş Azərbaycan Respublikası rəssamları mükafatlandırılıblar.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu mərasimdə həmin rəssamlara təşəkkür lövhələri təqdim olunaraq, iki ölkənin incəsənət xadimlərinin təcrübə mübadiləsi, birgə simpozium və sərginin keçirilməsi vurğulanıb.

Təbriz Meriyasının Mədəni-Bədii Təşkilatının təşəbbüsü ilə oktyabrın 23-dən 27-dək bu şəhərdə Azərbaycan Respublikasının müasir rəssamlarının əsərlərindən ibarət qrup sərgisi keçirilib.

Bu sərgidə Azərbaycan Respublikasının görkəmli rəssamlarının müxtəlif səpkilərdə, o sıradan surreal, yağlı boya, akrilik və modern səpkilərdə və sərbəst mövzuda olan 40 əsəri nümayiş etdirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button