AktualAktualArxivXəbər lentiXəbərlər

Təl-Əvivlə əməkdaşlığın Azərbaycana xoşagəlməz nəticələri vardır/Bakı ayıq olsun

Rəşt əhalisinin İslami Şura Məclisində nümayəndəsi deyib: “İşğalçı sionist rejim indiyə kimi bir çox cinayətlər törətmişdir və onlarla münasibət qurmaq heç kəs üçün iftixar sayıla bilməz. Təl-Əvivlə hər növ əməkdaşlığın xüsusi aqibəti vardır”.
Qafqaz Mədəniyyət Mərkəzi – Qulaməli Cəfərzadə Əymənabadi “Xaneyi-millət”in müxbirinə verdiyi müsahibəsində İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostcasına və yaxşı qonşuluq prinsipinə əsaslanan münasibətlərə təkid edərək deyib: “Tehran sionist rejimin hərəkətlərinə həssasdır və ümidvarıq ki, Bakı bunu başa düşəcək”.
Rəşt əhalisinin İslami Şura Məclisində nümayəndəsi əlavə edib: “İmperializm quruluşu hər vasitədən istifadə edərək, qonşu ölkələri İranla gərginlik yaşatmağa cəhd edir. Bu mövzu öz ardınca xoşagəlməz nəticələr gətirə bilər”.
Q. Cəfərzadə müsahibəsinin davamında deyib: “Sionist rejimi işğalçı bir rejim olaraq indiyə kimi çoxlu cinayətlər edib. Onlarla münasibət yaratmaq heç kim üçün iftixar deyil. Təl-Əvivlə hər hansı əməkdaşlığın özünəməxsus aqibəti vardır”.
Sionist rejimin özünü təcriddən çıxarmaq, Yaxın Şərqdə qeyri-qanuni maraqlarına yetişməsi üçün digər ölkələrdə fitnə və gərginlik alovlandırmasını açıqlayan parlament üzvü, Netanyahunun Azərbaycana səfər etməsinin xeyirxahlıq üzündən olmadığını qeyd edib. O deyib: “Netanyahunun, kökü Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsində olan Dünya Azərbaycanlılıarı Konqresində üzv olması regionda yeni gərginlik yaratmaq məqsədi güdür”.
Q. Cəfərzadə qonşu ölkələrin İranın konstruktiv qarşılıqlı anlaşmalara təlaşlarını başa düşməsini istəyib və sionist rejimin Azərbaycan hökumətində nüfuzunun yaxşı nəticələr verməyəcəyini vurğulayaraq deyib: “Təcrübə sübut etmişdir ki, sionist rejimi işğalçılıq xislətinə görə digər ölkələrlə münasibət qurduqda, həmin ölkədə dövlət və xalq arasında uçurum yaranmasına səbəb olmuşdur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button