ArxivXəbər lentiXəbərlər

Zərdüşt Əlizadə: “ABŞ-ın yeni dövlәt katibi Rusiyaya qarşı qadağaları aradan qaldıra bilər”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yeni dövlət katibinin adını açıqlayıb. D.Tramp iri neft şirkəti “Exxonmobil”in rəhbəri Reks Tillersonu Birləşmiş Ştatların dövlət katibi postuna seçdiyini deyib. Vol Strit Cornal (The Wall Street Journal) yazır ki, sözügedən şəxsin Rusiya prezidenti Vladimir Putin və digər dünya liderləri ilə yaxın əlaqələri var.

Politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Tramp da öz komandasına biznesmenləri toplayır: “ABŞ-ın yeni dövlət katibi Reks Tillersonun Putinlə yaxın dost olması haqqında fikirlərin heç bir əsası yoxdur. Bu şəxs sadəcə Rusiyada fəaliyyət göstərən “Exxon Mobil” şirkətinin rəhbəridir. Bu şirkətin Rusiyada fəaliyyət göstərməsi üçün Putin çox münasib şərait yaradıb. R.Tillerson Putinin qəbulunda olub, söhbətlər edib. Eyni zamanda bir sıra Qərb şirkətləri Qərbin Rusiyanı boykot etmək planına cavab verib. Amma “Exxson Mobil” şirkəti bu sanksiyalara müsbət cavab verməyib. Bu addımına görə Rusiyada R.Tillersona “dostluq ordeni” də veriblər. Amma hər hansısa bir dövlət başçısının hansısa bir şirkət rəhbərini qəbul etməsi heç də onların ciddi dostluq əlaqələrinin olması anlamını verməz. Unutmayaq ki, R.Tillerson biznesmendir. Tramp da öz komandasına biznesmenləri toplayır. Biznesmenin də əsas məqsədi pul qazanmaqdır. Düşünürəm ki, əgər Rusiya və Amerikanın mənafeləri uyğun gələrsə, R.Tillerson hər şey edəcək ki, ideoloji əhkamlardan irəli gələn bir çox qadağaları aradan qaldırsın. Bu da həm ABŞ, həm də Rusiya üçün çox müsbət bir hal olar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button