ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ukraynanın əhəmiyyəti

Bu Ölkə barəsində məlumatlar ara-sıra paylaşılıb.Hazırki durumun fərqinə varmaq üçün yenidən paylaşmağı lazım bilirik.

Ukrayna Rusiya Federasiyasından sonra Avropada yerləşən ərazicə ikinci ən böyük ölkədir. Ukraynanın müxtəlif regionları fərqli coğrafi xüsusiyyətlərə malikdir.

 Azov dənizi və Qara dənizin şimal sahilləri boyu uzanan Ukrayna Şərqi Mərkəzi Avropada strateji mövqeyə malikdir. Ukrayna qərbdən Polşa, Slovakiya, Macarıstan , şimaldan Belarusiya , cənub-qərbdən Moldova və Rumıniya, şərqdən Rusiya ilə həmsərhəddir. Ərazisinin çox hissəsi Böyük Avropa düzənliyinin tərkibində yerləşir. Ümumilikdə Ukrayna Qara dəniz sahili boyu çöllüklər və materikin ortalarına doğru mülayim meşə zonası iki biom arasında bölünür.
Əhəmiyyətli dərəcədə təbii ehtiyyatlara malik olan bu Ölkənin dəmir filizi, daş kömür, manqan, təbii qaz, neft, duz, kükürd, qrafit, titan, maqnezium, kaolin, nikel, civə, meşə materialı və əkinə yararlı torpaqları var.
Ukraynanı mövcud münaqişədə (müharibədə) dahada əhəmiyyətli edən digər səbəb isə Onun Rusiyaya qarşı düşmən mövqeyi, Avropaya meyilliliyi, NATO-ya üzv olmaq istəməsidir.
Tarixi kökləri bir-birinə bağlı olan bu iki Ölkənin düşmənçilik rıçaqları az keçmişə bağlı olsa da, 2014-cü ildə baş verən çevrilişdən sonra daha da şiddətləndi. Xüsusən bu düşmənçilik irqi təssübkeşliyin pik həddə çatması ilə siyasi xarakter aldı.

Əsas hədəf Ukraynadır?

-Demokratlar hakimiyyətə gələr-gəlməz “Trampın zərbə vurduğu demokratik imici” yenidən canlandırmağa başladılar. Demokratik imicə dəyən zərbənin böyük olduğu üçün onun bərpasıda böyük olmalıdır. Məhz buna görə bütün Diktaturların babası Rusiyanı seçdi. Əlbəttə ki, Amerikanın təqdim etdiyi demokratiya Onun müxtəlif Dövlətlərə tuşladığı silahlarından biridir. Lakin bütün qara işləri pərdələyən “Demokratiyanı” dirçəltmək mövzunun əsas qayəsidir.
“Ukraynanın ərazi bütövlüyü”, “Beynəlxalq hüquq normaları”  və digər bu kimi tələblərlə Ukraynanın suverenliyi və Demokratikləşməsini ön plana çəkməklə Amerika qismən istədiyinə çatmış hesab olunur.
Lakin mənim fikirlərimə görə bu müharibədə heç bir tərəf qazanmır. Avropada daxil olmaqla hər kəs itirir. Bu itkinin miqyasını ən birinci başa düşən Putindir. Putinin əlində deyərdim ki, ən böyük silah vurğuladığımız məsələdir. Avropa Rusiyanın Avropaya nəql etmək istədiyi “Şimal-axını 2” layihəsini rəsmən ləğv etdi. Rusiyanı cəzalandırmaq üçün Avropanın atdığı bu addım özlərinə təsirsiz ötüşmədi. Verilən xəbərlərə görə Avropada qazın qiyməti 1400 dollara çatıb.Dünya bazarında  Amerikanın illər boyu çabalayaraq 50-60 dollara endirdiyi neftin qiyməti 105 dolları ötüb.
Sanksiyalar artdıqca fəlakət böyüyəcək və müstəqil ordu, müstəqil fəaliyyət arzusunda olan Avropa seçim qarşısında qalacaq.

Rusiya üçün Ukrayna nə qədər qırmızı xətt hesab olunsa da düşünürəm ki, əsas hədəf Rusiya üçün Ukrayna deyil. Ukrayna çox qütblü Dünya qurmaq istəyənlərlə tək qütblü Dünya qurmaq istəyənlərin toqquşduğu yerdir. Ən əsas məsələ isə budur ki, Rusiya bu savaşda tək deyil.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button