AktualAktualArxivIslam

Ekoturizmə evsahibliyi etmək üçün Ərdəbilin turizm potensialları tanıdılacaq

Ərdəbilin turizm imkanları ekoturizm paytaxtı tədbirinə evsahibliyi etmək üçün hazırlanır.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil Əyalətinin Gildiyalar və Ticarətçilər İslami Cəmiyyətinin sədri deyib: “Gələn il ekoturizm paytaxtı tədbirinə evsahibliyi etmək üçün turizm potensiallarının tanınması və tanıdılması iş cədvəlinə salınmışdır.”

Səid İranicəm qeyd edib ki, turizmə xidmətlərin göstərilməsi üçün əsas infrastrukturlar təmin edilməlidir. Bu sahədə Ərdəbil bazarının əsas infrastrukturları olmadığından turistlərə xidmət göstərmək üçün bu infrastrukturları arzuolunan səviyyəyə çatdırmalıyıq.

  1. İranicəm əlavə edib: “Turistlər üçün lazım olan bir çox infrastruktur mövcud deyil. Bu istiqamətdə bir sıra işlər görülmüşdür. Lakin biz bu sahədə bütün məqsədlərə çatmaq istəyirik. Çünki bu məsələ fundamental əhəmiyyət kəsb edir.”

Ərdəbil Əyalətinin Gildiyalar və Ticarətçilər İslami Cəmiyyətinin sədri bildirib ki, Ərdəbilin tarixi bazarı üçün çıxış yaradaraq onu ətraf məkanlara birləşdirməklə turistlər üçün əlverişli şərait yaratmağa çalışırıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button