AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranda 200 adda azəri dilli nəşrlər çapdan çıxmışdır – Video

Ərdəbil Əyalətinin İslam Mədəniyyəti və İrşad İdarəsinin baş direktoru deyib:

 

Ərdəbil Əyalətinin İslam Mədəniyyəti və İrşad İdarəsinin baş direktoru deyib: “200 adda yerli nəşrlər azəri dilində material təqdim edir və bədii və sənədli filmlər sahəsində də nəzərə çarpacaq fəaliyyətlər davam etdirilir.”

Abdullah Bəhrül-ülumi “Təsnim”-in Ərdəbil üzrə müxbirinə verdiyi müsahibəsində bildirib: “İki isfənd (21 fevral) Ana Dili Günü kimi qeyd olunub. Bu münasibətlə dünyada və İranda çox geniş səviyyədə tədbirlər keçirilir.”

Bəhrül-ülumi qeyd edib ki, əsasən, Ana Dili Gününün ana dilinə tətbiq edilməsi təbii ki, bir sıra siyasətlərə əsaslanır. Bəzi hallarda onlar bizim siyasətimizlə uyğun gəlmir. Amma belə bir günün Ana Dili Günü kimi və ana məqamının izzət və möhtəşəmliyi naminə biz də uca tuturuq. Ana dili həyatımızın hər anında axan və aktual olan, bizdən uzaq olmayan dildir. Ona görə də, bizim hər günümüz Ana Dili günüdür.

İslam Mədəniyyəti və İrşad İdarəsinin baş direktoru müsahibəsinin davamında deyib: “Tağut dövründə təəssüf ki, İranda etnik dillərə qarşı bəzi məhdudiyyət siyasətləri tətbiq olundu. Bu məhdudiyyətlərdən biri də sevimli İranın azəri bölgəsi əhalisinin dili əleyhinə idi.”

Bəhrül-ülumi deyib: “Sözügedən məhdudiyyətlərə baxmayaraq biz bu dili qoruduq və o zamandan, hətta ondan əvvəlki dövrlərdə –darul-irşad Ərdəbildən qaynaqlanan, azəri dilində böyük dini ədəbiyyat çox mühüm təsir göstərdi və dünyanın müxtəlif ölkələrinə yayıldı. Məsələn, Qumri Dərbəndi hazırda Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yerləşən Dərbənd məktəbinin dini ədəbiyyatın ulduzlarından biri kimi bu ədəbiyyat və dilin sələflərinin təsiri altında o qədər parlayırdı ki, onun şöhrəti uzun illər sonra yenə də qalır.”

O, bildirib ki, İslam İnqilabından sonra azəri dili sahəsində bir sıra işlər görüldü. Bu fəaliyyətləri müqəddəs quruluşun yerli dillərin qorunmasına xüsusi diqqəti kimi qiymətləndirmək olar. Nümunə olaraq Konstitusiyanın mətnində bu mövzu ilə bağlı xüsusi bəndlərin olmasına işarə etmək olar. Bu isə İslam Respublikasının müqəddəs quruluşunun ana dilinə əhəmiyyət verməsini göstərir.

Azəri dili sahəsində görülən işləri sadalayan Bəhrül-ülumi deyib: “Ərdəbil əyalətinin elm adamlarının bu sahədə fəaliyyət dairəsi də əhəmiyyətlidir və günü-gündən genişlənir. Bundan əlavə, yerli nəşrlərə işarə etmək olar ki, Ərdəbil əyalətinin nəşrləri və onların ana dilində əhəmiyyətli məzmunları Şərqi və Qərbi Azərbaycan, Zəncan, hətta Həmədan vilayətləri ilə yanaşı xüsusi yer tutur. Statistikalar göstərir ki, Ərdəbil əyalətində 200 adda ana dilində nəşriyyə vardır. Habelə, 2017-ci ildən indiyə kimi 30-a yaxın bədii və sənədli film çəkilmişdir ki, bu da diqqəti çəkən rəqəmdir. Eləcə də teatr sahəsində, koronovirusla bağlı fəaliyyətlərin məhdudlaşmasına baxmayaraq, səhnədə azəri dilində bir neçə tamaşa gördük. Bu da onu göstərir ki, incəsənət, dramaturgiya və kino sahəsində Səbalan dağlarının ətəklərində yaşayan əhalinin ana dilinin əhəmiyyətinə diqqət yetirilir.

Bəhrül-ülumi daha sonra deyib: “Təəssüflər olsun ki, hökumətin əleyhdarları İran İslam Respublikasının siyasətləri ilə bağlı bir sıra şübhələr icad edirlər, beləliklə, bəzi gənclərdə emosional təsir qoyurlar. Gənclərdə isə yetərli məlumat olmadığından bir sıra problemlər yaranır.”

Ərdəbil Əyalətinin İslam Mədəniyyəti və İrşad İdarəsinin baş direktoru azəri dili sahəsində görülən işlərin ardında deyib: “Bu sahədə diqqətəlayiq işlər sırasında azəri lüğətnamənin təqdimatını qeyd etmək olar. Bu, çox iftixarlı və əlamətdar bir addımdır. Bu toplunun birinci cildi işıq üzü görüb və həmin istiqamətdə işlər davam edəcək.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button