ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bizim haqqımız haqdır, verərlərsə alarıq, verməzlərsə…

“Bizim haqqımız haqdır, verərlərsə alarıq, verməzlərsə, yol nə qədər uzun olsa belə, dəvələrə minib arxasınca gedərik” İmam Əli (ə).

“Bizim haqqımız haqdır, verərlərsə alarıq, verməzlərsə, yol nə qədər uzun olsa belə, dəvələrə minib arxasınca gedərik” İmam Əli (ə).

Dünya insanlığın yeganə ehtiyac meyarı olan ədaləti bəşəriyyətin tək çıxış yolu olaraq tanıyır. Qanunların səmavi və ya ümumbəşəri mahiyyətinin əsası da məhz ədalət üzərində qurulub. Əgər bir cəmiyyətdə ədalət hakimdirsə, demək zülm, sitəm, istismar və sair mənfiliklər məhv olub gedəcək. Əksi, ədalətsizliyin hakim olduğu ortam isə, heç bir normal təqdimat edə bilməyəcəyi aksiomadır. Şübhəsiz, ədalətsiz cəmiyyətin mahir oyunçuları yalançı həqiqətlərlə öz eybəcərliklərinə haqq donu geydirərək sürdürmək istədikləri maraqlarını ədalət imitasiyası altında gizləyirlər. Xüsusən çətin durumda iblisin mələyə çevrilərək güya cəmiyyətin ədaləti naminə addımı bu ssenarinin tərkib hissəsidir. Bunun gerçək mahiyyəti isə cəmiyyətin total zülm, haqsızlıq və ədalətsizlik altında inləməsidir. Belə bir sistemi sürdürən güclərin addımları nə qədər humanist görkəm alırsa da, sonunda vəziyyətin tələbinə müvafiq öz təzaürünü göstərilir. İlk fürsətdə zülmün hakim olduğu cəmiyyətdə bu cür addımlar heç şübhəsiz xidmət etdikləri cəbhənin həqiqətini üzə çıxaracaq.
Biz illər öncə də bu hakimiyyətin neçə-neçə məscidin “qanunsuz tikili” adı altında sökülməsini müşhidə etmişik. Biz fikir və düşüncələri müqabilində həbs edilən, əzilən və öldürülən vətəndaşların naləsini də unutmamışıq. Biz xarici ölkələrdə xalqın milyonlarını, malını talayıb mülklər alan, hesablar açan hakim rejimin davranışarını görməzdən gələ bilmirik. Eyni halda biz müharibədə lazım olduğu zaman məscid divarlarını öpən ölkə rəhbərinin bu əməlləri arasında gizlənən planlarını da anlayırıq. Biz anlayırıq ki, məscidin açılışı, təmiri və ya Ermənilərin onu heyvan damına çevirib deyə fəryadı, “Neft Daşları” məscidinin sökülərək daşları dənizə tökülən Allah evini sökənlərin əlində siyasi oyundan başqa bir şey deyil. Səbəb isə bəllidir- ədalətsizliyi öz idarəçilik prinsipinin əsas qayəsi edən İlham Əliyevin hərəkətləri bundan başqa məzmun daşımamalı idi də.
Bu gün həbsdə siyasi baxışlarına görə neçə-neçə məhkum olunanlar bu reallığın isbatı üçün ən sadə nümunədir. Bu nümunəyə adekvat addımın yubanması isə, bizi ədalətsizlik mühitinə təkcə seyirçi deyil, eyni halda iştirakçı da edir. Zülmün hakim olub-olmaması bizim haqqımız üçün mücadilə göstərərək dəvələrə minəcək qədər cəsarətimizə bağlıdır. Cəsarətimiz varsa…
Müsəlman Birliyi Hərəkatı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button