ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Zelenski Kiyevi tərk edib

Rusiyanın qeyri-hökumət kanallarından olan NTV telekanalı bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevi tərk edib.

Rusiya qüvvələrinin Ukraynaya hücumunun ikinci günündə bu hadisəyə olan beynəlxalq reaksiyalar davam etməkdədir. Belə bir halda, müharibə alovunun davam etməsilə bir zamanda, Rusiyaya qarşı beynəlxalq sanksiyalar, təhdidlər, diplomatik təzyiqlər artıbdır.

Rusiya bildirib ki, bu ölkənin Ukraynadakı əməliyyatları müharibənin başlanması yox, dünya səviyyəsində bir müharibənin qarşısını almaq üzrə bir addımdır. Amma Avropa ölkələri və Amerika bu hərəkətin pislənilməsindən dərhal sonra Rusiya əleyhinə ikiqat siyasi və iqtisadi təzyiqlər üzrə qərarlarından söz açıblar.

Vladimir Putin çinli və suriyalı həmkarları ilə telefon söhbətlərində onlarla/ Rusiyanın Ukraynadakı hərbi əməliyyatları və Ukraynanın durumu barədə fikir mübadiləsi aparıb və Moskvanın yüksək səviyyədə Kiyevlə müzakirəyə hazır olduğunu bildirib.

Kremlin mətbuat xidməti bu gün bir bəyanatda bildirib ki, Suriya prezidenti Bəşşar Əsəd Putinlə söhbətdə Dəməşqin Rusiyanın Donbas bölgəsinin sakinlərini müdafiə üzrə hərbi əməliyyatına qətiyyətli dəstəyini elan edib.

Çin prezidenti də öz rus həmkarı ilə telefon danışığında deyib ki, Pekin Rusiya ilə Ukrayna arasındakı ixtilafların müzakirə yolu ilə həllini istəyir.

Medialar rus hərbçilərin Kiyevə daxil olduqlarını bildirirlər.

Ukraynanın müdafiə nazirliyi də bu ölkə xalqından istəyibdir ki, evdən çölə çıxmasın, lakin «Molotov kokteyli» hazırlayıb, rus qüvvələrə tərəf atsın.

Bir rus media iddia edibdir ki, Zelenski Kiyevi tərk edib və hazırda paytaxtanda kənarda yerləşən bir bölgədəki yeraltı sığınacaqdadır. Bu rus media onu da iddia edir ki, Ukrayna prezidenti həmin yeraltı sığınacaqdan fərmanlar verir və onun Ukraynanın bitərəf mövqeyi barədə Kiyevin Rusiya ilə müzakirə üçün hazırlığı barədəki sözləri də məhz bu məkandan bəyan edilibdir.

NATO-nun baş katibi Yens Stoltenberq CNN ilə müsahibədə bildirib ki, NATO üzvləri Ukraynaya dəstəklərini davam etdirməyə hazırdırlar. Bununla belə, indi danışdığımız anda çox dəyişkən və mürəkkəb bir meydan vəziyyətilə üz-üzəyik.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildiribdir ki, bu ölkə Rusiya hərbi gəmilərinin Bosfor boğazından keçməklə Qara dənizə əlçatan olmalarına mane ola bilməz. Zira beynəlxalq müahidənin bir bəndinə əsasən, gəmilər öz əsas qərargahlarına geri dönmək icazəsinə malikdirlər.

Ukrayna bundan öncə Türkiyədən istəmişdi ki, Rusiya hərbi gəmillərinin Qara dənizə çıxan Bosfor və Dardanel boğazlarından keçmələrinə mane olsun.

Az öncə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirdi ki, bu ölkənin prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskinin dialoq üzrə xahişinə əsasən, müzakirə üçün Minskə bir nümayəndə heyəti göndərəcək.

Teleqraf qəzeti müəyyən görüntülər yaymaqla yazıbdır ki, Ukrayna paytaxtı Kiyev rus qüvvələrini qarşılmağa və onlarla mübarizəyə hazır olub və ukraynalı hərbçilər bu şəhərin giriş yollarında yerləşiblər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button