ArxivFilm​mədəniyyatSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Terrorçu təşkilatın çoxlu sayda üzvü Bakıda gizli yaşayır +VİDEO

 Terrorçu “Xalq Mücahidləri Təşkilatı”nın(münafiqlər qruplaşması) ötən ilki konqresinə video formatda qatılan Sabir Rüstəmxanlının həmin çıxışı terror təşkilatının veb səhifəsində yayılıb.

Sabir Rüstəmxanlı həmin çıxışda İran İslam Respublikasının rəhbərlərinə qarşı sərt ittihamlar səsləndirir, Azərbaycan Respublikasından və təmsil etdiyi DAK-dan terrorçu qruplaşmanın başçılarına böyük dəstək nümayiş etdirir.

DAK-ın həmsədri Bakıda oturduğu ofisində onun yanında “Xalq Mücahidləri Təşkilatı”üzvlərinin olduğuna işarə edir və Azərbaycan Respublikasında onların sayının çox oludğunu etiraf edir: “Bir daha mən Dünya Azərbaycanlıları Konqresi adından həm də burda(ofisdə) dinləyən dostlarımız var onların arasında xalq mücahidləri də var, sizin təşkilatın üzvləri də var, Bakıda çoxdur onlar, indi onların bəziləri qorxudan üzə çıxmırlar, onların adından sizi salamlayıram”,- Rüstəmxanlı terrorçuların başçısına xitabən deyir.

“Xalq Mücahidləri Təşkilatı” (münafiqlər qruplaşması) kimdir?

“Xalq Mücahidləri Təşkilatı” (münafiqlər qruplaşması) İranda islam inqilabının qələbəsinin ilk günlərindən İran xalqı və dövlət rəsmilərinə qarşı davamlı olaraq saysız-hesabsız terror aktları törətmişdir.

Açıq-aşkar şəkildə İran İslam Respublikasına qarşı hərbi terror əməliyyatı həyata keçirən münafiqlər qruplaşması bir çox dövlət rəsmisini şəhid etmişlər. İranın Ali Məhkəməsinin sədri Ayətullah Məhəmməd Beheşti ilə yanaşı onlarla nazir və millət vəkilinin şəhadəti ilə nəticələnən 28 iyun 1979-cu il terrorçu partlayışla başlayan bu qruplaşmanın terror əməliyyatları, prezident Məhəmmədəli Rəcayi, baş nazir Məhəmmədcavad Bahünərin şəhadəti ilə davam etdirildi.  İslam inqilabının aliməqam rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei də bu qruplaşmanın terror aktlarının hədəflərindən birinə çevrilərək ağır yara almış və bir qolunu itirmişdir. Əlləri 17 mindən çox xalq kütlələri və dövlət rəsmilərinin qanına bulanan üzdəniraq “ Xalq Mücahidləri Təşkilatı” İran xalqı tərəfindən münafiqlər adlandırılır. Həm də ona görə ki, bu qruplaşma 8 il müddətində İrana qarşı təcavüzkar müharibə aparan İraqın keçmiş diktatoru Səddam rejiminin yanında yer almış və düşmən sıralarında özünü müdafiə edən iranlı döyüşçülərlə üz-üzə durmuşdur.   

Bu qeyri-qanuni yaraqlı qruplaşma İran başda olmaqla bir çox ölkələr tərəfindən terrorçu qruplar siyahısına alınmışdır. Bu qara gürühün cinayətləri o qədər həddini aşdı ki, İran İslam Respublikasının qatı düşmənləri olan Amerika və Avropa ölkələri də uzun illər bu qaragürühü terrrorçu tanımaq məcburiyyətində qaldılar. Ancaq sonralar İran İslam Respublikası ilə olan düşmənçiliklərinə görə bu qruplaşmaya dəstəklərini davam etdirdilər.

 

Azərbaycan Respublikası dövlətinin məsuliyyəti

Azərbaycan Respublikası prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən beynəlxalq konfrans iştirakçılarının suallarına cavab verərəkən İranlı ekspertin Şuşa qurultayı iştirakçılarının anti-İran bəyanatları barədə verilən suala cavabda demişdi ki, onların Azərbaycan hökuməti ilə hərhansı bağlılıqları olmadığına və Azərbaycan Respublikası vətəndaşı olmadığına görə rəsmi Bakı məsuliyyət daşımır.

İndi Azərbaycan vətəndaşı, azərbaycanlı rəsmi İran rəhbərlərinə qarşı özü də terrorçu bir qruplaşmanın qurultayında nalayiq bəyanat verir, İran hökumətinə qarşı silahlı terror törədən təşkilatın çoxlu sayda üzvünün Azərbaycan Respublikasında fəaliyyət göstərdiyini deyir.

Buna görə rəsmi Bakı cavabdehlik daşımamalıdır?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button