ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ermənistanın eks-prezidenti müxalifətin cəhdlərini qınadı

Levon Ter-Petrosyan: Paşinyan yox, Ermənistan təslim olub

Ermənistanın keçmiş prezidenti bildirib ki, hazırkı daxili siyasi qarşıdurma ölkənin qarşıdan gələn çətin danışıqlardakı mövqeyini zəiflədir.

 Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ilur.am saytında dərc etdiyi məqaləsində yazıb: “Kompromislərdən imtina və status kvo-nun saxlanması siyasətinin milli fəlakətə gətirib çıxardığını sübut etməyə ehtiyac yoxdur. Amma bununla yanaşı, özlərinə haqq qazandırmaq üçün bir çoxları isbat etməyə çalışırlar ki, onlar lap kompromis yolunu seçsəydilər də nəticəsi belə olacaqdı. Bu, aciz bir şəkildə özünə haqq qazandırmaq çəhdindən başqa bir şey deyil. Qarabağ münaqişəsinin kompromis yolu ilə həllinin əleyhdarları öz antimilli hərəkətlərinə nə qədər haqq qazandırmağa çalışsalar da, gec ya tez, tarix məhkəməsinin qarşısında dayanacaqlar… Bundan hələ heç kim qaça bilməyib”.

Levon Ter-Petrosyan yazır ki, kompromis əleydarlarının bugünkü hərəkətləri də Ermənistan və Qarabağdakı böhranı dərinləşdirir.

Keçmiş prezident bildirir ki, indiki müxalifətin başlıca məqsədinin nə olduğu bilinmir: “Serj Sarkisyanın təşəbbüsü ilə Paşinyana “təslimçi” damğası vurulub. Bu bəlkə həqiqət olsa da, yarımçıq həqiqətdir. Əslində Paşinyan yox, Ermənsitan təslim olub. Paşinyan sadəcə olaraq Ermənistanın kapitulyasiyası haqqında bəyanata qol çəkib”.

Levon Ter-Petrosyan yazır ki, problem Ermənistanda kimin lider olmasından asılı deyil: “Əgər bu sadə həqiqət başa düşülməsə, ölkəmizin daxili siyasi silkələnməsi davam etdirilsə, bizdən tələb olunacaq qərarlar, Paşinyanın, yoxsa başqa birinin yekun sənədə qol çəkməsindən asılı olmayaraq dəfələrlə ağrılı olacaq”.

Keçmiş prezidentin fikrincə müxalifətin indiki liderləri bunu başa düşmürlərsə, deməli onların siyasətdən anlayışları yoxdur: “Yox, əgər onlar bunu anlayaraq daxili siyasi silkələnməni davam etdirirlərsə, deməli onlar milli maraqlara qətiyyən aidiyyatı olmayan başqa maraqları güdürlər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button