AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Tehranın millət vəkili: Azərbaycan Respublikası Türkiyə və sionist rejiminin İranla qarşılaşmaq gücündə olmadığını bilməlidir

Bijən Nobave deyib: “Azərbaycan Respublikası bilməlidir ki, Türkiyə və sionist rejimi İranla qarşılaşmaq gücündə deyil və bu ölkəni tək qoyacaqlar; Azərbaycan qalacaq və İran kimi güclü qonşusu. Beləliklə, Azərbaycan gələcək anlaşmalarında problemlə üzləşəcək.

Qafqaz Həqiqətləri xəbər verir ki, İslami Şura Məclisində Tehran əhalisinin təmsilçisi Bijən Nobave Parlament müxbirinə verdiyi müsahibəsində Ali Məqamlı Rəhbərin ölkənin şimal-qərb sərhədlərində baş verən hərəkətlər barədə bəyanına toxunaraq deyib: “Son vaxtlarda Azərbaycan Respublikası illüziyaya düçar olub. Halbuki, bu ölkə elə də uzaq olmayan bir zamanda İranın ərazisi olub və şübhəli bir müqavilə əsasında İrandan ayrılıb.”

Millət vəkili vurğulayıb ki, İranın Ermənistan vasitəsilə Avropaya çıxış yolunu bağlamaq, yaxud bu qəbil digər planlar bölgədən qıraqda hazırlanır. İran İslam Respublikası əgər bu planları qəbul etsə, şübhəsiz, onlar planlarını artıracaqlar.

Nobave əlavə edib: “Bunu da qeyd edim ki, Azərbaycan Respublikasının Qarabağı almaq üçün göstərdiyi səyləri və Ali Məqamlı Rəhbərin bölgənin geopolitika və coğrafiyasının dəyişməməsinə aid təkidi çox yaxşı əks olundu.”

Tehranın millət vəkili deyib: “İran heç bir ölkənin daxili işlərinə müdaxilə etmir, ancaq Azərbaycan Respublikasının son hərəkətləri çox həyasızcasınadır və qonşu ölkə Ermənistanla əlaqə yollarımızın kəsilməsi ilə nəticələnə bilər. Bu hərəkət bizim maraqlarımıza ziddir və buna qarşı möhkəm dayanacağıq.

Azərbaycan Respublikası başqalarının tələsinə düşməsin. Türkiyə kimi ölkələr və sionist rejimi İran qarşısında duruş gətirə bilməz. Şübhəsiz, Azərbaycanı tək qoyacaqlar; Azərbaycan qalacaq və İran kimi güclü bir qonşu. Belə olduqda, təbii ki, Azərbaycan gələcək qarşılıqlı əlaqələrdə və anlaşmalarda problemlə üzləşəcək.”

Millət vəkili vurğulayıb: “Azərbaycan Respublikası rəsmiləri bu məsələyə diqqət etməlidirlər ki, İslami İranın müxaliflərinin bu ölkənin İranla sərhədində toplaşması bizim üçün qəbuledilməzdir. Bu vəziyyət davam edərsə, İran əleyhinə imzalanmış və Azərbaycanı bizdən ayırmış düşmənçilik müqavilələri hüquqi və qanuni baxımdan gündəliyə çıxacaq və biz bu mövzunu izləyəcəyik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button