AktualAktualArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Nikzad: İran heç vaxt sərhədlərindəki dəyişiklikləri qəbul etməyəcək

Vitse-spiker: “İran İslam Respublikasının mövqei olduqca aydındır və sərhədlərindəki dəyişiklikləri heç vaxt qəbul etməyəcək.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Əli Nikzad jurnalistlərə verdiyi müsahibədə deyib: “Biz müxtəlif dövrlərdə Azərbaycan Respublikasına öz qonşularımızdan biri kimi kömək etmişik və həmişə bu ölkənin yanında dayanmışıq.”

Vitse-spiker vurğulayıb: “İran İslam Respublikasının mövqei olduqca aydındır və sərhədlərindəki dəyişiklikləri heç vaxt qəbul etməyəcəyik. Ölkənin şimal-qərb cəmiyyəti və azəri türkləri İranın və İslam Respublikasının əsgərləridir. Onlar Müqəddəs Müdafiə dövründə bənzərsiz qəhrəmanlıqlar yaratdılar və təfriqəçiliyin əsiri olmadılar.

Qonşulara da tövsiyə edirəm ki, İran İslam Respublikası ilə söhbət etdiklərini bilsinlər və macara ardınca olmasınlar. Özgə atına minən tez düşər.”

Ərdəbil, Səreyn, Nəmin və Nir əhalisinin İslami Şura Məclisində təmsilçisi vurğulayıb ki, biz qonşularımıza hörmətlə yanaşırıq, siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə həmişə qonşuların problemlərini həll etməyə səy göstərmişik, habelə 44 günlük Qarabağ müharibəsində Azərbaycan Respublikasının yanında olmuşuq. Onlara tövsiyəmiz İran İslam Respublikasının yanında dürüst, səmimi və dinc bir həyatdır.

Nikzad deyib: “Təkid edirəm ki, dünya coğrafiyası xəritəsində heç bir kimliyi olmayanların macara ardınca düşmələri bu bölgədə bəyənilməzdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button