AktualAktualArxivXəbər lentiXəbərlər

Qarabağ münaqişəsi, xeyri olmayan hay-küy.

Qafqaz mədəniyyət mərkəzinin raportuna görə Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan torpaqlarına iddiası ilə başlandı.

Ermənistanın Azərbaycana hücumu nəticəsində Azərbaycan ərazisinin 20 faizi, dağlıq Qarabağ digər 7 rayonla birlikdə Ermənistan tərəfindən işğal olundu. Indiyə kimi BMT təhlükəsizlik şorasının işğal olunmuş ərazinin boşaldılmasına dair verdiyi 4 qətnaməyə Ermənistan tərəfi məhəl qoymamışdır. Minsk qrupunun araçılığının da iki on illiyə yaxın bir müddət keçməsinə rəğmən xeyri olmamışdır. Iki ölkə qüvvələrinin təmas nöqtələrində müvəqqəti atəşkəs rejimi davam etməkdədir. Tərəflər arasında sülh olmadığına görə iki ölkənin hərbçiləri arasında vaxtaşırı toqquşmalar intensivləşir.

Bu, o dərəcədədir ki, Qafqaz regionu siyasi və hərbi ekspertləri müharibənin başlanacağı ehtimalını verirlər. Son günlərdə də Azəri və ermənilər arasında baş verən şiddətli toqquşmalarda 10 erməni hərbçisi ölmüş və neçəsi yaralanmışdır. Azərbaycan tərəfindən isə cəmi bir hərbçi, Ruslan Ağayev həlak olmuşdur. Tamas xətlərində baş verən bu dəyişikliklərin nəticəsində ekspertlər və informasiya vasitələri cənubi Qafqazda müharibəin başlanacağını gündəmə gətirirlər.

Digər tərəfdən isə Ermənistanın Qarabağ müxtariyyətinin hərbçiləri ilə birgə təlim keçirir və Azərbaycan müdafiə nazirliyinin dediyinə görə bu ölkənin 65 min nəfərlik hərbi təlimi keçirilir. Bundan əlavə Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin Turaz 2015 təlimləri başlanmışdır. Bütün bunlar ekspertləri belə bir qənaətə sövq etdirir ki, cənubi Qafqaz regionunda müharibə şeypuru artıq çalınmışdır. Müəllifin irəli sürdüyü sual budur ki, görəsən Azərbaycan və Ermənistan yeni müharibə etmək iqtidarına malikdirlərmi? Ermənistanın iqtisadi vəziyyəti heç də yaxşı deyildir. Azərbaycana gəldikdə isə Ermənistanın müttəfiqi olan Rusiyanın reaksiyası ucbatındən yeni müharibənin başlanmasından qorxur.

Digər tərəfdən isə Azərbaycan inkişaf etməkdə olan bir ölkə olduğu üçün müharibənin ona mane olacağından, neft-qaz proyetləri və qərbin enerji trqnzitində sərmayə qyması həm Bakını, həm də qərb ölkələrini müharibə etməmək məcburiyyətində qoymuşdur. Bundan əlavə BMT, Avropa əməkdaşlıq şorası və digər Avropa-Amerika qurumları dəfələrlə problemin sülh yolu ilə həll olunmsını vürğulamışlar. Demək Azərbaycan hücuma keçib işğal olunmuş ərazini azad etməsi ehtimalı zəifdir. Bakı ümid edir ki, zaman sürəsində iqtisadi vəziyyətinin güclənməsi və əksinə, Ermənistanın iqtisadi şəraitinin pisləşməsi və Ermənistan əhalisinin hökumətdən narazılığı nəticəsində Qarabağ problemi Azərbaycanın xeyrinə həll olacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button