AktualAktualArxivXəbər lentiXəbərlər

Azəri vahabi rəhbərlərinin Azərbaycan respublikası vətəndaşlarının Suriyaya ezam edilməsindəki rolu

Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən son vaxtlar Azərbaycanın Azər Əyyubov və Vüqar Hacıyev adlı iki nəfər İŞİD-çisi silah saxlamaq və gəzdirmək və Suriyada İŞİD qruplaşmasına qoşulmaq ittihamı ilə yaxalanmışdır.

Onlar öz etiraflarında bildirmişlər ki, Azərbaycanın vahabilik rəhbərlərindən Əlixan Musayev onları İŞİD-ə qoşulmağa rəğbətləndirmişdir. Onlar bildirmişlər ki, din təbliğatı adı ilə gedən təbliğatın qurbanı olmuş və cihad edirik deyə Suriya İŞİD-lərinə qoşulmuşlar.

Suriyada vətəndaş qarşıdurması yarandıqdan sonra Azərbaycan vətəndaşlarından bir tedadı terrorçu qruplaşmalara qoşulmaq üçün Suriyaya göndərilmişlər. Indiyədək Dimeşq dövlətinə qarşı guya cihad eləmək üçün Sriyaya göndərilmiş yüzlərlə Azərbaycan vətəndaşı həlak olmuşdur. Azərbaycan vətəndaşlarının Suriyaya göndərilməsinin kökü Bakı dövlətinin vahabilərin fəaliyyətinə qarşı tutduğu tolerantlıq mövqeyinə qayıdır.

Azərbaycan hakimiyyəti islamçıların fəaliyyətinin qarşısını almaq üçün vahabilərin xüsusilə Azərbaycanın Rusiya ilə həmsərhəd olan şimal bölgələrində göz yummuş və Ərəbistan və Küveyt dövlətlərinin xeyriyyə fəaliyyəti adı ilə vahabiliyin təbliğatının qarşısını almamışdır. Lakin Suriya hadisələri başlandıqdan və azərilərin oraya ezam edilməsindən sonra (ki, bu ölkədə Əlixan Musayev kimilərin cihad fərizəsi haqqındakı təbliğlərinin və digər maddi amillərin nəticəsi idi) Azərbaycanın təhlükəsizlik təşkilatı hiss etmişdir ki, Suriya münaqişəsindən və vətənə qayıtdıqdan sonra onların özünə qarşı yönələcəkdir.

Odur ki, vahabiliyin və dini ekstremizmin qarşısını almaq fikrinə düşmüş və onlardan bir tedadını yaxalamışlar. Azərbaycanda vahabilik təhlükəsi artmaqdadır. Vahabiliyin Azərbaycanda kütləvi yeri olmadığına dair bu ölkənin din məsullarının dediklərinə rəğmən vahabilərə mənsub məscidlər camaat namazında adamla dolu olur. Azərbaycanın din məsullarının diqqətsizliyi ucbatından azəri vahabi rəhbərləri din ekspertləri kimi təqdim olunmuş və bu təriqətin təbliği üçün zəmin yaratmışlar. Maraqlıdır ki, azəri vahbi rəhbərləri xüsusi danışıqlarda ekstremizm və terrorçuluğa qarşı olduqlarını bildirsələr də ifratçılığı təbliğ edir və camaatı Suriyada terror birləşmələrinə qoşulub cihad etməyə rəğbətləndirirlər. Əlixan Musayev kimiləri xüsusi yığıncaqlarda Suriya hadisələrinin cihad olmasına işarə edərək camaatın ora getməsini istəyirlər. Azər Əyyubov və Vüqar Hacıyevin etirafları həqiqətləri göstərir.

Azərbaycanda vahabiliyin təbliğinə külli miqdarda vəsait sərf olunur. Azərbaycanın iqtisadi problemlərinə görə savadsız adamlar asanlıqla aldanır. Lakin həqiqi dini tanıyanlar heç vaxt aldanmayacaqdır.

İŞİD və ekstremist ünsürlər Azərbaycanda yaxşı gizli mövqeyə malikdirlər. Azərbaycan prezidenti İlham Əliyevi qəsbkar hesab edən yerli vahabi və İŞİD-çilərin təhlükəsini aradan qaldırmaq üçün onların qarşısını almaqdan başqa çıxış yolu yoxdur.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button