ArxivXəbər lentiXəbərlər

Azərbaycan XİN: BMT-nin ali komissarının fikirləri sifarişli və qeyri-obyektivdir

“BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Rəəd Əl-Hüseyn tərəfindən Azərbaycanda insan hüquqları ilə əlaqədar səsləndirilən fikirlər sifarişli və qeyri-obyektiv xarakter daşıyır”.Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Mətbuat katibi bildirib: Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq səviyyədə tərəfdar çıxdığı öhdəlikləri əsasında ölkəmizdə qanunun aliliyi, fundamental hüquq və azadlıqların, o cümlədən mətbuatın azadlığı tam şəkildə təmin olunub. Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin qorunması dövlətimizin ali məqsədidir”.

Qeyd edək ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Rəəd Əl-Hüseyn bəyanat yayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin və fikir azadlığının təqib olunduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button