AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Şeyx Səfiyəddin Ərdəbilinin milli anım günü münasibətilə Vəliyyi-fəqihin təmsilçisi və Ərdəb il valisi birgə bəyanat yayıb

Şeyx Səfiyəddin Ərdəbilinin milli anım günü münasibətilə Vəliyyi-fəqihin təmsilçisi və Ərdəb il valisi birgə bəyanat yayıb

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə təmsilçisi Ayətullah Seyid Həsən Amili və Ərdəbil valisi Əkbər Behnamcu , Şeyx Səfiyəddin Ərdəbilinin milli anım günü münasibətilə birgə bəyanat yayıb lar.

Qafqaz Həqiqətləri xəbər verir ki, bəyanatın bir hissəsində deyilir: “Böyük və təsirli arif, məktəb sahibi Şeyx Səfiyəddin Ərdəbili parlaq bir simadır ki, onun uca adı uzun illər keçməsinə baxmayaraq daim İranın irfan səmasında işıq saçmışdır.”

Ayətullah Seyid Həsən Amili və Əkbər Behnamcu bəyanatda qeyd ediblər: “Bu abid alimin praqmatik şəxsiyyət i İranın Allahşünaslıq mədəniyyətinin bir hissəsinə dərin təsir qoy du , onun övladları və nəvələri bu ağır missiyanı bir əmanət olaraq öz möhkəm çiyinlərində daşıyaraq onu Səfəvi silsiləsinin formalaşdığı əzəmətli dövrə çatdırdılar və Səfəvi hökumətinin təməli Şeyx Səfiyəddinin aydın və xalis Allahşünaslıq mərifətindən qaynaqlanan təfəkkürü əsasında qoyuldu. Bu sülalənin qəlbindən din, irfan və elm dünyasında tarixi çiçəklənmə başladı. 

Bəyanatda bildirilir ki, tarixi sənədlərə əsasən, 4 mordad (26 iyul) Səfəvi hakimiyyətinin qurulduğu gün və böyük İran dövlətinin banisi Şah İsmayıl Səfəvinin doğum günü dür. Şah İsmayıl bütöv İranın formalaşmasında, onun müxtəlif bölgələrini birləşdirməkdə, zəngin şiə məzhəbini genişləndirməkdə fövqəladə rol ifa etmişdir. Sözsüz ki, o, öz əsrində İran coğrafiyasının bütövlüyünün memarıdır, onun ölkəmizin tarix, mədəniyyət və dininə xidmətini dost və düşmən iqrar edir.

Birgə bəyanatın davamında vurğulanır: “Bu gün Allaha şükür edirik ki, Şeyx Səfiyyəddin məktəbi tərəfdarlarının və mədəniyyətsevər ərdəbillilərin davamlı səyləri nəticəsində Mədəni İnqilab Ali Şurası 4 mordadı Şeyx Səfiyəddin Ərdəbilinin anım günü adlandırdı və bu iftixarlı hadisə milli təqvimə daxil oldu .”

Ərdəbil imam cüməsi və Ərdəbil valisi Şeyx Səfiyəddinin anım gününün milli təqvim d ə yer alması münasibətilə İran xalqını, Ərdəbil əyaləti əhalisini, bölgənin müsəlman ölkələrində Şeyx Səfiyəddin məktəbinin tərəfdarlarını təbrik ediblə r, xalqın əzmi və Ərdəbil əyaləti mütəfəkkirlərinin köməyi ilə bu günün hər il uca tutulacağına, beləliklə qədim Darul-irşad və inqilabsevər mədəniyyətə liderlik edən diyarın və mücahid ariflər vətəninin kimlik, tarix və mədəniyyə tinə Ərdəbil əyaləti adına adlanmış həftədə daha artıq diqqə t ay rılacağına , onun günbəgün artan iqtidarı naminə daha təsirli addımlar at ılacağına ümidvar olduqlarını bildiriblər.

Qeyd edək ki, 4 mordad İranın rəsmi təqvimində Ərdəbil Milli Günü və Ərdəbil Milli Həftəsinin başlanğıcı kimi yer almışdır.

4 mordadın Ərdəbil Milli Günü adlanmasının səbəbi 10-cu şəmsi əsrində həmin gün İranda Səfəvilər sülaləsi tərəfindən ilk şiə və islami hökumətin təşkil edilmə sidir.

Ərdəbildə yaranmış Səfəvi hökuməti zəngin şiə mədəniyyətinin tərvicində, habelə İranın birləşdirilməsində mühüm rol oynamışdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button