AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sudanlı cüdoçu Fələstinə dəstək olaraq sionist rejiminin nümayəndəsi ilə yarışmaqdan imtina etdi

Sudanlı cüdoçu Fələstinə dəstək olaraq sionist rejiminin nümayəndəsi ilə yarışmaqdan imtina etdi

Sudanlı cüdoçu Fələstinə dəstək məqsədilə sionist rejiminin nümayəndəsi ilə yarışmaqdan imtina edərək, olimpiya oyunlarından kənara çəkilib.

Qafqaz Həqiqətləri “Javan”-a istinadla xəbər verir ki, sudanlı cüdoçu Məhəmməd Əbdürrəsul Tokiyo Olimpiya Oyunlarında 73 kiloqram çəki üzrə səkkizdə bir final mərhələsində işğalçı və uşaq qatili olan sionist rejiminin nümayəndəsi Tohar Butbulla qarşılaşmaqdan imtina edib. Əbdurrəsul ağır atletikada müsabiqəyə qatılmışdı, lakin bu səhər yarışda iştirak etməkdən imtina edib. O, Tokiyo Olimpiya Oyunlarında Fələstinə dəstək olaraq işğalçı rejimin nümayəndəsi ilə qarşılaşmaqdan imtina edən ikinci cüdoçudur. Ondan əvvəl Əlcəzairli cüdoçu Fəthi Nurin də Tokoyo O limpiya O yunlarından məhrum olmağı canına almış və Qüdsü işğal etmiş qəddar rejimin nümayəndəsi ilə yarışmaqdan imtina etmişdi.

Beynəlxalq Cüdo Federasiyası Nurin və onun məşqçisini müvəqqəti olaraq müsabiqələrdən məhrum e dib , onların dosyelərini daha artıq araşdırmaq və qəti hökmün qəbul edilməsi üçün bu federasiyanın nizam-intizam komitəsinə göndərmişdir.

Nurin 2019-cu il Dünya Cüdo Çempionatında da Qüdsü işğal etmiş rejimin nümayəndəsi ilə qarşılaşmaqdan imtina etmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button