ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya-islam Dünyası beynəlxalq iqtisadi forumu

SəhərAzəri-nin bildirdiyinə görə,Tatarıstanın mərkəzi olan Kazanda açılan forum «Halal Ekspo» beynəlxalq sərgisi ilə başlanıb və onda dörd min nəfərdən yuxarı iştirak olub.

Tatarıstan prezidenti Rüstəm Minixanov sərginin açılış mərasimindəki çıxışında bildirib ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ilə/ daha çox investor və iştirakçı cəzb etmək üçün bu tədbirin geniş bir coğrafiyada inkişaf etdirilməsi yollarını araşdırıb.

Rusiyada müsəlman əhalinin sayı iyirmi milyon nəfərə çatır. Bu rəqəm forumda iştirak edən beynəlxalq şirkətlər üçün böyük bir fürsətdir və əmin olun ki, burada imzalanacaq işlərə federal səviyyədə diqqətəlayiq dəstək verəcəklər- deyə, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov öz növbəsində bildirib.

Forum Rusiyadakı islami maliyyə müəssisələrinin genişləndirilməsini təşviq etmək, həmçinin Rusiya ilə «Kazan Assambleyası» adlanan islami əməkdaşlıq təşkilatına üzv ölkələri arasında mədəni, ictimai, elmi, texniki, iqtisadi və ticari əlaqələri gücləndirmək məqsədilə keçirilir.

«Kazan Assambleyası»-2021» forumu iyulun otuzunda başa çatacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button