ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Saxlanılan 2 iranlı sürücü sərbəst buraxılıb

Azərbaycan Respublikası 2 iranlı sürücünü sərbəst buraxıb.

Qafqaz.ir-nin məlumatına əsasən,İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi 2 iranlı sürücünün azad edilməsi xəbərini təsdiqləyib. O bildirib ki, iranlı sürücülər bu gün səhər İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təhvil verilib.

Sözü gedən iranlı sürücülər cari il 14 sentyabrda Gorus-Qapan yolunda saxlanılmışdılar.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi də bir bəyanatda bildirib ki, Azərbaycan Respublikası humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İranlı sürücüləri müvafiq razılaşmaya əsasən oktyabrın 21-i səhər saatlarında öz ölkələrinə qaytarıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button