ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hacı Abgül Süleymanov son hadisələrə münasibət bildirdi

Qafqaz.ir xəbər verir ki, “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin məhbus sədri Hacı Abgül Süleymanov oktyabrın 20-də 5 nəfər ilahiyyatçı, ruhani və jurnalistin həbs edilməsinə münasibət bildirib. Hacı Abgül qeyd edib ki, həbslər varsa, demək ki, narahat olanlar var.

“Vay o gündən ki, həbslər dayansın. Bir cəmiyyətdə kimsə həbs olunmursa, deməli şiəlik düşüncəsi ölüb. Necə olur Müaviyə dövründə İmam Həsən (ə) tərəfdarlarını tutsunlar, amma zəmanəmizdə tutulan olmasın? Tutulanlar varsa, demək ki, imamət əqidəsi davam edir. Tutulanlar varsa, demək ki, məsum imamlara (ə) və səhabələrinə oxşayan insanlar var. Həbslər İslamın dirçəlişinə səbəb olacaq. Haqq sözü demək ən böyük cihaddır. Heç bilirsinizmi cihaddan qaçmaq niyə haramdır? Çünki cihaddan qaçmaq məsum imamın (ə) təhqir olunması və alçaldılması deməkdir. İnsanlar cihaddan qaçmaqla imamı (ə) tək buraxırlar və düşmənin imama (ə) gülməsinə, “Bu idi sənin şiələrin?” deməsinə səbəb olur. Haqqı deməmək və qaçmaq indi də Zəmanə İmamımızı (əf) təhqir etmək hesab olunur. İslamın genişlənməsi haqqı deyənlərin həbsi ilə başlayır.

“Firon dedi: “Şübhəsiz, əgər məndən savayı bir tanrı qəbul etsən, mütləq səni həbs etdirəcəyəm””. (Şuəra, 29).
Hacı Abgül Süleymanov sözlərinə əlavə edib ki, ilahın ya haqq olmalıdır, ya da firon:

“Zindan təhdidi bugünə məxsus deyil. Bu məsələ ənbiya və övliyaların adətinə çevrilmişdir. Əgər həbslər bizi bu yollardan saxlayacaqsa, niyə namazlarda hər gün nemət verilən şəxslərin yoluna hidayət olunmağı arzulayırıq? Nemət verilən şəxslərin yolu Musa (ə) və digər övliyaların yoludur. Həbslər onları qorxutdumu ki, onların davamçılarını da qorxutsun? Əgər qorxuruqsa, demək ənbiya yolunda deyilik. Bəzilərinin vəzifəsi qorxutmaqdırsa, bizim vəzifəmiz də onlardan yox, Allah qorxmaqdır.

“O kəslər ki, Allahın risalətlərini və hökmlərini yetirər və Ondan qorxar və Allahdan başqa heç kimdən qorxmazlar, Allah özü hesablamaqda kifayət edir””. (Əhzab, 39)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button