ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

TƏCİLİ Namaz məhbusu Şeyx Sərdar haqqında növbəti həbs qərarı çıxarıldı

Qafqaz.ir xəbər verir ki, ötən gün saxlanılan ilahiyyatçı, Maide.az saytının rəhbəri Şeyx Sərdar Hacıhəsənli (Babayev) barəsində 4 aylıq həbs qərarı çıxarılıb.

Bu barədə tanınmış ruhaninin vəkili Cavad Cavadov bildirib.

Şeyx Sərdar AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, Şeyx Sərdar Hacıhəsənli bundan əvvəl 2017-ci ildə Masallı rayonunda cümə namazı qaldırdığı üçün həbs edilmiş, 3 il azadlıqdan məhrum edilmişdi. 2020-ci il fevralında azadlığa çıxan namaz məhbusu Şeyx Sərdar bu dəfə vətənə xəyanət ittihamı ilə həbs olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button