ArxivIslamXəbər lentiXəbərlər

Şəhid atası:“Şəhidlər Xiyabanı bağlıdır dedi, biz də kənd qəbiristanlığında dəfn etdik”

Fevralın 25-də Xocavənd rayonunda həlak olmuş əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki “Şəhidlər Xiyabanı”nda dəfn edilməsinə izin verilməyib. Turan-a bu barədə məlumatı mərhum əsgərin atası Nazim Cəfərov verib.

O, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsinin “Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur”, – dediyini söyləyib:

“Odur ki, Zakiri adi kənd qəbiristanlığında dəfn etdik”.

“Bu, Vətən uğrunda canından keçən şəhidin xatirəsinə hörmətsizlikdir. Rayon hakimiyyətinin rəftarı hiddət doğurur. Şəhidlər Xiyabanında yer var, bunlar bəhanədir”, – hüquq müdafiəçisi Elşən Həsənov belə deyib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button