ArxivXəbər lentiXəbərlər

Vəkil: Polis təcridxanasında Sərdar Hacıhəsənliyə namaz səccadəsi verməkdən imtina ediblər

bu haqda vəkil özünün sosial şəbək profilində yazıb.

Vəkilin statusunu təqdim edirik:

“Dünən Masallı rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanılma Təcridxanasında namaz məhbusu Sərdar Babayevlə görüşdüm. Həmin polisin MST-da “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa tam əməl olunmur. Belə ki, Qanunun 19.6, 19.7 maddələrinə əsasən ona həbs edildikdən bir həftə ərzində yaxınları ilə görüşmək imkanı (qanunla həftədə bir dəfə) və telefonla zəng urmaq imkanı (qanunla həftədə iki dəfə) verilməmişdir. Bundan əlavə ailəsi tərəfindən ona namaz qılmaq aparılan səccadənin, rəsmi nəşr olan Qurani Kərimin, digər ədəbiyyatın verilməsindən imtina edilmişdir.
Sərdar Babayevin həbsinə dinc etiraz yürüşü keçirdən Masallı rayon sakinləri Sultanov Salman, Şahhüseynov Fizuli, Həbibov Məhəmməd, Məhərrəmov İmadəddin Masallı rayon Məhkməsinin 24.02.2017-ci il tarixli qərarı ilə müxtəlif müddətlərə inzibati həbsə məhkum edilmişlər. Həmin şəxslərində hüquqlarını müdafiə edəcəm və qərarlarını götürərək onlardan apellyasiya şikayəti hazırlayıram.”

Vəkil: Polis təcridxanasında Sərdar Hacıhəsənliyə namaz səccadəsi verməkdən imtina ediblər

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button