Aktual

Ruhullah Axundzadə yenə məhkəməyə müraciət edəcək

 İslamçı məhbus Ruhullah Axundzadə xəstəliyi ilə əlaqədar həbsdən azad olunmaq üçün yenidən məhkəməyə müraciət edəcək. Məlumatı vəkil Anar Qasımlı verib.

Vəkil deyib ki, Ruhullah Axundzadənin səhhətində problemlər qalmaqdadır: “Amma o, müalicə müəssisəsinə qayıtmaq istəmir. Deyir şəraiti yaxşı deyil. Mən müalicə müəssisəsi rəhbərliyinə müraciət edəcəm ki, heç olmasa onu yerində müayinə etmək üçün həkim göndərsinlər”.
Ruhullah Axundzadə 2011-ci ilin yanvar ayında şərlənərək tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. İslamçı bu ilin mayında kəskin miokard infarktı keçirib və Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb.
Nizami Rayon Məhkəməsi islamçı məhbusun səhhətinə görə azad olunmaqla bağlı vəsatətini iki dəfə geri qaytarıb.
İslamçı Bakıdakı 16 saylı müəssisədə cəza çəkir.

islamtimes.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button