Aktual

İlham Əliyevin maaş artımına Əli Kərimlidən tutarlı cavab

“İlin əvəlindən artırılmalı olan maaşları yalnız ilin sonuna 4 ay qalmış azacıq artırmaqla xalqdan təşəkkür gözləyirsiniz? Xalqı bu qədər sadalövh və avam hesab edirsiniz?”

Ölkə başçısı İlham Əliyev avqustun 20-də bəzi sahələr üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların əmək haqlarının 10 faiz artırılması haqda sərəncamlar imzalayıb. AXCP sədri Əli Kərimli maaşların məhz indi artırılmasına qiymət verərək, bunu seçki kampaniyasına hesablanmış addım adlandırıb. Bununla bağlı AXCP sədrinin rəsmi Facebook səhifəsində yazdıqlarını təqdim edirik: “Seçkilərə 1 ay qalmış İlham Əliyev maaşların 10 faizlik artımına başlayır. Yəqin indi bir neçə gün bu şou davam edəcek. Mən heç məsələnin o tərəfinə toxunmuram ki, bu 10 faizi inflyasiya çoxdan yeyib və əmək haqlarındakı artım real deyil, simvolik olacaq. Bəs ona nə deyirsiniz ki, axı əmək haqlarının bu ilin yanvar ayından artırılması ötən il qəbul edilmiş dövlət büdcəsində nəzərdə tutulmuşdu. Deməli, seçki ərəfəsinə düşsün deyə, camaatın maaşını tam 8 aydır ki, qanunu pozaraq artırmırsınız. İlin əvəlindən artırılmalı olan maaşları yalnız ilin sonuna 4 ay qalmış azacıq artırmaqla xalqdan təşəkkür gözləyirsiniz? Xalqı bu qədər sadalövh və avam hesab edirsiniz?”

islamtimes.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button