ötən həftə İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranı yandıran ifrat sağçı siyasətçi Rasmus Paludan növbəti təxribat bəyanatı verib.
Paludan ehtiyatsız açıqlamaları verib: “İsveç NATO üzvü olana qədər hər cümə günü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Quranı yandıracağam. Bu gün Danimarkanın paytaxtı Kopenhagendə məscidin qarşısında 3 dəfə, Rusiya səfirliyinin qarşısında bir dəfə, Türkiyə səfirliyinin qarşısında bir dəfə Quran yandıracağam. Mən elan edirəm ki, bu, Ərdoğanın günahıdır. O, İsveçin NATO-da olmasını istəmir, amma mən ona ifadə azadlığını öyrədəcəm”.
İsveçdə belə bir çirkin hərəkəti həyata keçirmək üçün polisin icazəsi tələb olunur, lakin Danimarkada icazə tələb olunmur və səlahiyyətlilərə yalnız 24 saat əvvəl bildiriş tələb olunur. Türkiyənin Stokholmdakı səfirliyi qarşısında ekstremist qrup Quranı yandıranda Türkiyə, İran, İordaniya, Misir kimi İslam ölkələri sərt reaksiyaya səbəb olub.