ArxivXəbər lentiXəbərlər

Azərbaycanda bəzi xarici mediaların əməkdaşları saxlanılıb

Azərbaycan Respublikası prezidentinin ictimai və siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Respublikası qanunlarına riayət etmədiyinə görə xarici KİV-in bəzi əməkdaşlarının saxlanıldığını bildirib.

Əli Həsənov AzərTAc İnformasiya Agentliyi ilə müsahibədə bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanması barədə deyib: Azərbaycanda da KİV nümayəndələrinin fəaliyyəti müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənir.

Həsənov deyib: “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər.

Həsənovun sözlərinə görə, bəzi xarici KİV əməkdaşlarının hüquq mühafizə orqanları tərəfindən saxlanması da onları öz fəaliyyətlərini Azərbaycan Respublikasının qanun-qaydalarına uyğun qurmağa dəvət etmək məqsədi daşıyır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button