ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ölkə prezidenti Ərdəbil vilayətinə səfər edib

 Ərdəbil vilayətinin şiə mədəniyyətinin yayılmasında mühüm rola malik olduğunu, həmçinin İslam dünyasına və bəşəriyyətə müxtəlif elmi və mədəni simalar təqdim etdiyini qeyd edən Ayətullah Seyid İbrahim Rəisi bildirib ki, Ərdəbil vilayəti kənd təsərrüfatı qütbüdür və malik olduğu bir çox imkanlara görə, diqqət mərkəzində durmalıdır.

Ölkə prezidenti Parsabad-Ərdəbil magistral yolunu da nəzərdən keçirib. Bildirib ki: Ərdəbil-Parsabad magistral yolu layihəsi təkmilləşmək və istifadəyə verilmək üçün lazımi kreditlərə ehtiyac duyur və bu istiqamətdə layihənin həyata keçirilməsi üçün lazım olan kreditlər tez bir zamanda təmin edilməli və bu magistral yolunun istismara verilməsinin şahidi olmalıyıq.

Prezident Muğanın Parsabad rayonuna daxil olduqdan sonra dərhal Muğan aqrar-sənaye kompleksinə gedib. Kompleksi nəzərdən keçirən ölkə prezidenti məsul şəxslərin verdikləri məlumatla/ onun sənaye, maldarlıq, bağçılıq, becərmə və istehsalat inkişafı layihəsindən xəbərdar olub.

Ayətullah Rəisi bu səfərdə Muğan bölgəsində yerləşən iri Xudafərin su bəndi layihəsini də nəzərdən keçirib. Layihənin vəziyyəti barədəki məlumatı dinlədikdən sonra problemlərin aradan qaldırılması və işin sürətləndirilməsinə təkid edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button