ArxivIslammədəniyyatŞəkil​SONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tbilisidə “İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib FOTO

Əziz Peyğəmbərimizn (s) mövlud həftəsinə həsr olunmuş konfransda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müftinin təmsilçisi Tahir Bayramov, Qərbi Gürcüstan muftisinin nümayəndəsi İyaqo Beridze,  Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Hacı Ahmed Erdem, Beynəlxalq Almusta Universitetinin nümayəndəsi Hacı Həsən Yusfzadə və başqaları mövzu ətrafında çıxış ediblər.

Hacı Kamran Məmmədovun moderatorluğu ilə, Məşədi Vidadi Qurbanovun Qurani-Kərimdən ayələrin tilavətindən sonra açıq elan olunan  konfransda İnsanlığa nümunə olaraq təqdim olunan Əziz Peyğəmbərimizn (s) həyat tərzi, örnək rəftar və davranışı haqda danışılıb. Ümumbəşəri, cahanşümul son və kamil din olan İslamın Peyğəmbərinin (s) sülh, şəfqət, sayqı, sədaqət, rəhmət, vəhdət, sevgi və barışa səsləyən sifarişləri haqda geniş söhbətlər edilib.

Konfrans dua oxunmaqla sona çatıb. İştirakçlara Azərbaycanca Qurani-Kərimin tərcüməsi, İslam dini və Peyğəmbərimizdən bəhs edən  kitablar hədiyyə olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button