ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Noyabr ayında ərzaq qiymətləri pik dərəcə bahalaşıb

Bu ilin noyabr ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,5%, illik inflyasiya səviyyəsi isə 10,4 faiz təşkil edib.
Qafqaz.ir xəbər verir ki, bu haqda Milli Statistika İdarəsi məlumat verib.
Bildirilib ki, illik inflyasiyanın formalaşmasına əsasən aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri təsir göstərib.
Ərzaq və alkoqolsuz içkilər qrupu üzrə qiymətlər 16,8 faiz bahalaşıb. Digər qiyməti bahalaşan məhsullar isə belədir:
Tərəvəz və bağ bitkiləri – 26,0 faiz
Çörək və çörək məhsulları – 23,8 faiz
Mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr – 22,0 faiz
Qəhvə, çay və kakao – 19,5 faiz
Süd, pendir və yumurta – 18,3 faiz
Şəkər, mürəbbə və digər şirniyyatlar – 15,7 faiz
Balıq – 13,6 faiz
Yağ və piy – 10,1 faiz
Ət və ət məhsulları – 9,1 faiz
Meyvə və üzüm – 6,9 faiz
Nəqliyyat qrupu qiymətləri də bahalaşıb:
Nəqliyyat xidmətlərinin qiymətləri artıb – 13,8 faiz.
şəxsi avtonəqliyyat vasitələrinin istismarı üzrə – 8,2 faiz
Nəqliyyat vasitələrinin alışı üzrə – 2,1 faiz

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button