ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İbrahim Müctəba Birliyindən Fazil Mustafanın çıxışına qarşı BƏYANAT

29 noyabr tarixində Azərbaycan Milli Məclisində deputat Fazil Mustafanın Gürcüstanın müsəlman din xadimləri barədə səsləndirdiyi fikirlər etirazlara səbəb olub. Din xadimlərinin sərt reaksiyaları ilə yanaşı İbrahim Müctəba Birliyinindən təzyiqi yüksəldəcək bəyanat verilib.
Aktual.ge bəyanatı olduğu kimi təqdim edir:
“Son günlərdə Azərbaycanın saxtakar deputatı Fazil Qəzənfəroğlunu yenə narahat görürük. Gürcüstan inanclılarına qarşı həmişə yersiz ittiham və böhtanları ilə seçilmiş Fazil, görünür ki, bu günlərdə də öz mənfur xislətindən əlçəkmir.
Gürcüstan hakimiyəti tərəfindən azərbaycanlılara qarşı diskriminasiyaların artdığı vaxtlarda, bir dəfə belə olsun dilinə gətirməyən, öz narahatçılığını bildirməyən deputat görəsən necə olur ki, məsələ din, inanc olduqda kəskin reaksiyalar verərək öz düşmənçiliyini açıq aydın dilə gətirir?
Borçalıdakı din xadimlərinin gənclərə ayırdığı vaxtı, verdiyi dəstəyi, göstərdiyi qayğıyı bir dəfə belə olsa etməyənlər, özlərini insanlara qəhrəman kimi təqdim edirlər. Hərə öz problemi ilə məşqul olsa, düşünürük ki, hər şey öz yoluna düşəcək.
Parlamentdə Azərbaycanın daxili problemlərindən danışıb, həlli üçün addımlar atılsa, düşünür ki, Gürcüstandan danışmaq üçün vaxt qalmaz”.
Xatırladaq ki, 29 noyabr tarixində Azərbaycanın millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib: “Gürcüstanda olan din xadimlərimizin əksəriyyətini ya İran öz dini müəssisələrində hazırlayır, ya da Borçalıya onlara müəyyən tapşırıqlar verərək qaytarır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button