ArxivIslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

MBH mətbuat katibliyi Fariz Əliyevin saxlanılmasına münasibət bildirib

Bu gün Ədliyyə Nazirliyi önündə fərdi olaraq aksiya keçirən Fariz Əliyevin yayılmış videosuna Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən aydınlıq gətirilib.

MBH-nın mətbuat xidməti bildirir:
“Tale Bağırzadənin aclıq aksiyasına Fariz Əliyevin dəstək nümayiş etdirməsini və nazirlik önündə keçirilən aksiyasını izlədik. Bir çox əqidə təəssübkeşi kimi Fariz Əliyevin də addımını başa düşür və ona qarşı polisin zorakılığını pisləyirik.
Hərəkat eyni zamanda elan edir ki, problemin həllini Tale Bağırzadənin bildirdiyi kimi Allahı təhqir edənlərin cəzalandırılmasında və diqqətə çatdırılması üçün Prezident Adminstrasiyası önündə etirazda görür. Buna görə də Hərəkat digər dövlət idarələrinin önündəki aksiyaları məqbul bilmir və buna dəstək göstərmir.
Fariz Əliyevin özünə gəlincə isə, Müsəlman Birliyi Hərəkatının belə bir üzvü yoxdur.
Polisin qorxu mühiti yaratmaq üçün zorakı addımlarını tənqid edir və bir daha inanclılardan onları hər hansı bir zorakılıq və qarşıdurma yaradılacaq planlı addımlardan çəkinməyə çağırırıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button