ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Çavuşoğlu: Azərbaycan və Ermənistan sülh sazişinin əsas prinsipləri barədə razılığa gəliblər

Azərbaycanın Qarabağ qələbəsindən sonra mühüm imkanlar yarandı. Türkiyə münasibətlərin normallaşmasını səmimiyyətlə alqışlayır.
Qafqaz.ir-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TVNET” telekanalına müsahibəsində deyib.
Çavuşoğlunun sözlərinə görə, indiki vəziyyətdə Cənubi Qafqazda sabitlik son dərəcə vacibdir.
“Amma təbii ki, Ermənistanın yaşadığı travmalar da var. Söhbət 30 ildir işğal altında saxladığı torpağı öz torpağı hesab edən ölkədən, xalqdan gedir. Bu müharibə artıq bitib, erməni xalqının Paşinyana dəstək verməsi o deməkdir ki, onlar sülh istəyir, amma sülh istəməyənlərin səsi daha çox eşidilir. Ermənistan başa düşməlidir ki, burada davamlı sülh üçün addımlar atılmalıdır”, deyə nazir bildirib.
Çavuşoğlu əlavə edib ki, son danışıqlar əvvəlkilərdən daha uğurlu olub: “Azərbaycan və Ermənistan daimi sülh sazişi imzalamalıdır. Həyata keçirilməli olan 5 əsas prinsip anlayışı var”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button