ArxivXəbər lentiXəbərlər

Mövsüm Səmədovun 50 yaşı qeyd edildi

Sentyabrın 4-də Bakıda AİP lideri Mövsüm Səmədovun 50 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə ruhanilər, ictimai-siyasi xadimlər, media təmsilçiləri, hüquq müdafiəçiləri və inanclılar iştirak ediblər.

 Mərasimdə çıxış edən AİP-in sədr əvəzi İlham Əliyev, AXCP sədrinin müavini Nurəddin Məmmədli, QAT sədri Akif Nağı, ilahiyyatçı Zülfüqar Mikayılzadə, “Müsəlman Birliyi Hərəkatı”nın sədri Tale Bağırzadə, DEVAMM sədri İlqar İbrahimoğlu, AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova, hüquq müdafiçi Qurban Məmmədov, vəkil Anar Qasımlı və başqaları Mövsüm Səmədovun həyat yolundan, mənəviyyatından, onunla olan xatirələrindən, haqq uğrunda mübarizəsindən söz açıblar.

 Vəhdətə çağırış edən natiqlər həmçinin bildiriblər ki, tədbirin AİP liderinin doğum günü münasibətilə təşkil edilməsinə baxmayaraq, bütün islamçı və vicdan məhbuslarıyla həmrəylik məqsədi daşıyır.

 

 

 

 

 

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button