AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Ərdəbil imam cüməsi: Ali Məqamlı Rəhbərin çıxışı həssas bir zamanda ən əhatəli moizələrdən biridir

 

Ayətullah Amili: “Bütün dünyada təhlükəsizliyi qoruyanlara qarşı edilən ən kiçik təhqir və hücum böyük cinayət hesab olunur və bu əzizlərə qarşı hörmətsizlik qəbuledilməzdir.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil imam cüməsi Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində Ali Məqamlı Rəhbərin son çıxışını açıqlayaraq deyib: “Ali Məqamlı Rəhbərin çıxışı kritik bir zamanda ən əhatəli moizələrdən biridir. Həm haqqın tələbinə diqqət yetirdi, həm düşməni tamamilə məyus etdi, həm xüsusi siniflərə hörmətlə yanaşdı, həm də qəddar düşmənlərə və düşmənin media imperiyasına bəhanə vermədi. Xütbə tamamilə qüdrəti nümayiş etdirirdi və onda zərrə qədər də zəiflik yox idi.”

Ayətullah Amili əlavə edib ki, şübhəsiz, dünya və hətta bu ölkənin düşmənləri belə bir liderə qibtə edir. Sözsüz ki, onun açıqlaması son söz və təyinedicidir. Bu dəyərli və mənalı sözlərə hörmətlə yanaşmaq lazımdır. İlk növbədə hökumət özü buna hörmətlə yanaşmalıdır. Hökumət narazılıq üçün hər hansı əsas yaratmaqdan çəkinməlidir. Uzaqgörənlik, inflyasiyanın cilovlanması, əhalinin süfrəsinin kiçilməməsi, əhalinin alıcılıq qabiliyyətinin gücləndirilməsi, əhalinin aşağı təbəqəsinin güzəranına diqqət yetirilməsi, əhalinin yüksək istehlakı olan ərzaq məhsullarına ciddi diqqət yetirilməsi, məşğulluğun yaradılması üçün ciddi hərəkətə keçmək, xalqın inamının bərpası və s. bütün bunlar Ali Məqamlı Rəhbərin tövsiyələrinə əməli dəstək sayılır.

Xətib məhkəmə və polis qüvvələrini təqdir edərək deyib: “Son hadisələrdə həbs olunanların əksəriyyətini azad etdikləri üçün ölkənin məhkəmə sisteminə və polis qüvvələrinə ürəkdən təşəkkür edirik. Hamımız bir ailənin üzvləriyik və bu üzvlərin heç birinin problem içində olmasına razı deyilik. Azad edilənlərdən də gözlənti budur ki, əziz ölkələrinin mənafeyini düşünsünlər. Xarici kanalları və düşmən saytlarını özlərinin, vətənin və xalqın əmanətdarı hesab etməsinlər.”

Ərdəbilin cümə namazının xətibi hər bir ölkədə təhlükəsizliyi təmin edənlərin müqəddəs və xüsusi yeri olduğunu vurğulayaraq deyib ki, bütün dünyada təhlükəsizliyi təmin edənlərə qarşı ən kiçik təhqir və hücum böyük cinayət hesab olunur, Çünki bilirlər ki, təhlükəsizliyin pozulması ilə insanların canları, malları, abır və ləyaqətləri, gəlir yerləri, özlərinin və övladlarının gələcəkləri və ölkəsi təhlükəyə düşəcək. Həzrət İbrahim (ə) Məkkə ərazisinə daxil olduqdan sonra hələ Məkkə adlı bir şəhər tikilmədiyi zaman Allaha belə dua etdi: “Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et!” Yəni, ilahi, bu ərazini şəhərə çevir, ancaq təhlükəsiz bir şəhər olsun. O böyük peyğəmbər bir müddətdən sonra həmin yerə gəldi və orada Məkkə adlı bir şəhərin tikildiyini gördü. O həzrətin bu şəhər üçün Allahdan istədiyi ilk şey yenə də əmin-amanlıq idi. 

İmam cümə əlavə edib: “Ölkəmizdə asayişə bütün təhlükəsizlik və məhkəmə qüvvələri cavabdehdir. Ədliyyə, kəşfiyyat, SEPAH, sərhəd mühafizəsi və polis qüvvələri; bu əzizlərin rolunu dərk etmək üçün şəhərdə bir həftə polis qüvvəsinin olmamasını təsəvvür etmək kifayətdir. Yəni cinayətkarlar bir həftə ərzində özlərini təhlükəsiz hiss edərlərsə, cəmiyyət yaşamaq imkanından məhrum olar. Xalqımıza təhlükəsizlik nemətini iki əlli və bütün səxavətilə təqdim edən bütün bu təşkilatlara təşəkkür edirik.”

Rəhbərlik Ekspertlər Məclisinin üzvü xütbəsinin digər hissəsində Azərbaycan Respublikası müdafiə nazirinin açıqlamasına görə ona təşəkkür edərək deyib: “Bu həftə sərdar Baqiri ilə telefon danışığında: “Bizim Ermənistan ərazisində gözümüz yoxdur və Ermənistan ərazisini ələ keçirmək üçün hərbi əməliyyatlar keçirmək niyyətimiz yoxdur” deyən Azərbaycanın müdafiə nazirinə ürəkdən təşəkkür edirəm. Ermənistan və Azərbaycanın problemlərini dialoq və dostluq yolu ilə həll etmək olar. Bu açıqlamada böyük müdriklik vardır. Hamı deyirdi ki, bu günlər Qafqazda tufan qabağı sakitlikdir, amma Azərbaycan Respublikası müdafiə nazirinin bu dəyərli açıqlaması hər şeyi həll etdi. İnanıram ki, onun bu sözləri ilə münasibətlərin inkişafı üçün zəmin tam hazırdır. Ümid edirik ki, bu bəyanatlar əməldə də bütün gərginlikləri aradan qaldıracaq.”

Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi “ölkəmiz hədəf seçilmiş ölkədir” deyərək bildirib ki, düşmənlərimiz bütün gücünü işə salaraq hər gün xalqımızın bir hissəsinin beynində çoxlu düyünlər yaratmağa cəhd edirlər. Ölkədə idarəçilik zəif olarsa, bu düyünləri bir az da artırır. Belə bir vəziyyətdə düşmənlə mübarizənin ən yaxşı yolu dialoqa başlamaqdır. Çünki əqli və dini düyünləri ancaq elmi əməliyyatlar və maarifləndirmə ilə açmaq olar. Əqli düşüncə yaratmaq ideal idarəetmənin nəcib prinsiplərindən biridir. Deyə bilmərik ki, hamı bizim kimi düşünsün. Hər kəs bizim kimi düşünsün demək üçün yüzlərlə müqəddimə lazımdır. Ona görə də insanların suallarını verə biləcəyi yerlərin olması çox zəruridir. Azad tribunalar, radio və televiziya, cümə namazı tribunaları bu rolu oynaya bilər. Bundan sonra heç kim peyk kanallarının müştərisinə çevrilməz , sözünü küçədə deməyə də səbəb qalmır və nəticədə zorakılığın kökü kəsilir.

O əlavə edib: “Möhtərəm Prezident təklif etdi ki, bu iş üçün yer müəyyən edilsin. Prezidentin bu təklifi əsasında biz də təklif edirik ki, Prezident dialoq qanun layihəsini tez bir zamanda parlamentə təqdim etsin. Bu hərəkət hökumətin yetkinliyinə və iqtidarına, millətə olan böyük hörmətinin əlaməti olacaqdır. Təhlükəsizlik qüvvələrinin iştirakı olmadan insanların sual və etirazlarını dinləmək, habelə zehinləri işıqlandırmaq zərurəti Allah Rəsulunun (s) və Əmirəl-möminin (s) nurlu idarəçilik prinsiplərindəndir. Əmirəl-möminin (ə) səhabələrinə ona (sual verənə və etiraz edənə) xeyirxah olmağı tövsiyə edir və buyurur: Haqqı danışmaqdan və ədalət əsasında məsləhət verməkdən çəkinməyin.”

Ayətullah Amili qeyd edib ki, bu baxımdan cümə namazlarının üzərinə ciddi məsuliyyət düşür. Cümə namazı xalqa məxsusdur, həmişə xalqın düşərgəsində olmalı, xeyrə vasitəçi və millətlə hökumət arasında rasional əlaqə olmalıdır. Cümə namazında millətin əsas problemləri, sualları qaldırılmalıdır. Cümə namazında etirazçıların rasional və məntiqli tələbləri qaldırılarsa, onların küçələrə axışması və düşmənin onlardan sui-istifadə edə bilməsi üçün zəmin yaranmaz.

Cümə namazında məntiqi etirazlar qaldırılmazsa, cümə namazı öz əsas məqsədini itirəcəyini vurğulayan Ayətullah Amili xalqın tələblərindən nümunələr göstərərək deyib: “Məsələn, xalqımızın etirazı vardır; nə üçün nəhəng bir nazirlik aztəminatlı təbəqənin süfrəsində əsas xörək sayılan toyuq ətini təmin etməyi və tənzimləməyi bacarmayan bir nazirə tapşırılıb? Nə üçün nazirlik çörək növbəsi problemini aradan qaldıra bilməyən bir nazirə tapşırılıb? Müəllim deyir: “mənim maaşımdan aylıq tutulmalar müəllimlərin fonduna köçürülüb ki, ehtiyac olanda mənə borc verə bilsinlər, amma indi bu kreditlə bağlı heç bir xəbər yoxdur.” Ölkənin imkanlarından istifadə etməkdə ədalət və ayrı-seçkiliyə yol verilməməsi tələbi tamamilə məntiqli tələbdir. Bank işçilərinin imtiyazlarını digər idarələrin işçilərinin imtiyazları ilə müqayisə edin. Telekommunikasiya, qaz və işıq şirkətlərinin maaşlarını digər işçilərin maaşları ilə müqayisə edin, onların təqaüd mükafatını digər işçilərin mükafatları ilə müqayisə edin. Nə üçün əlavə dəyər bölgüsü milli deyil, əyalət əsasındadır? İnkişaf etmiş əyalətlərin zavodları milli pulla tikilmirmi?

Əlavə dəyər milli olaraq bölünsə, məhrum və imkansız əyalətlər böyük bir inkişafa nail olacaqlar. Bu halda balansdan danışmaq olar. Təəssüflər olsun ki, son illərdə əlavə dəyərin əyalət bölgüsü üçün parlamentdən səs aldılar. Qəbul edilən bu qanunun məhrum əyalətlərə qarşı ən böyük haqsızlıq olduğunun fərqinə varmadılar. Bu qanuna indiki parlament dərhal yenidən baxmalıdır.

Bunlar nümunələrdir və mən etirazçı gənclərin məntiqi tələblərini şəxsən dinləməyə, məsul orqanlara çatdırmağa və xütbələrdə danışmağa hazıram.”

Ərdəbil imam cüməsi bildirib ki, dialoq təşkil etmək hökumət üçün də çox yaxşıdır. Dialoq forumunda biri soruşur ki, İsfahan Polad Zavodundan 91 min milyard niyə mənimsənilib? Dövlət də buna cavab verir ki, nümayəndələrin İsfahan Polad Zavodu ilə bağlı araşdırması hökumətin bu zavoda müəyyən tarixlərdə qiymətləri aşağı salmağı niyə əmr etdiyinə diqqət yetirib. Əgər aşağı salmasaydı, 91 min milyard qazanc əldə edəcəkdi. Burada mənimsəmə baş verdiyini bir jurnalist üzə çıxardı. Halbuki, hökumət bazarı tənzimləmək üçün müəyyən mövsümlərdə qiymətlərin aşağı salınmasını göstəriş vermişdi. Qabaqkı illərdə büdcənin kəsilməsi mövsümündə 1000 milyardın itirildiyi deyildi. Bu, ölkənin kökünə balta vurmaqdır. Mütəxəssislər bilirlər ki, məqsəd mənimsəmə və ya oğurluq deyil, qanuni cərgələri dəyişdirməkdir. Məsələn, yol tikintisinə xərclənməli olan pullar təhsilə xərclənib. Təbii ki, bəzi yerlərdə beytül-mala xəyanət edilib. Bununla bağlı xalqımız sual verir ki, elm-texnika dövründə nə üçün seysmoqraf kimi ən kiçik maliyyə titrəyişlərini aydın şəkildə əks etdirə bilən, hər hansı sui-istifadənin qarşısını kəsən bir sistem qurulmayıb.

Ayətullah Amili xütbəsinin sonunda deyib: “Bu günlərdə Amerika və İngiltərə bütün qəzəblə İranı hədələyirlər ki, “niyə iğtişaşları yatırdınız?” Onların bənövşəyi qışqırıqları bu baxımdan hər kəsi təəccübləndirib. Hamı elə bilir ki, onların qəzəbinin səbəbi iğtişaşların qarşısının alındığına görədir, ancaq məsələ ayrıdır. Son iğtişaşlarda onların sionist və Amerika mərkəzlərində çox həssas kurslardan keçmiş çox mühüm aparıcı qüvvələri həbs olundu.

Həbs olunanlar arasında Avropa səfirliklərinin bəzi əməkdaşları da var. Onların İraqın Kürdüstan bölgəsindən İrana daxil olmuş və etirazlara rəhbərlik edən qüvvələrindən biri də həbs edilib. Bu şəxs məlumat dəyəri baxımından o qədər əhəmiyyət kəsb edir ki, ona qiymət qoymaq mümkün deyil. Amerika və İngiltərə sırf bu adama görə ölsələr, məzəmmət olunmazlar. Bizim bölgəmizdə isə çox xüsusi bir əcnəbi subyekt həbs edildi və xüsusi diqqətlə mərkəzə köçürüldü. Bu haqda Kəşfiyyat Nazirliyinə xüsusi təşəkkür etmək lazımdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button