ArxivIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İslam dinini qəbul edən İspaniyalı Məryəmin həyat hekayəsi: Həzrət Fatimə, İmam Əli mənim üçün…

İspaniyalı müsəlman xanım Məryəm Martinz üç uşaq anasıdır. Öz ailəsini və dini hüquqlarını qoruya bilmək üçün İspaniyadan İngiltərənin Uels şəhərinə mühacirət edib.

o, Beynəlxalq Shafaqna xəbər agentliyinin İspaniya şöbəsinə verdiyi müsahibədə həyatı, müsəlman olması, şiə məzhəbi ilə tanışlığı barədə və qərb ölkələrində yaşayan müsəlmanların problemlərindən danışıb.

Məryəm Martinz: Adım Məryəmdir. İspaniyanın Barselona şəhərində doğulmuşam. Ailədə 4 qardaş və 4 bacıyıq. Ailəm kasıb olduğu üçün məni xristian rahibələrin təhsil aldığı məktəbə göndərdi ki, orada dərs oxuya və kasıblığın sıxıntılarından uzaq qala bilim. Mən dərslərimi yaxşı oxudum. Sonralar təhsilimi psixologiya və hüquq ixtisasları üzrə davam etdirdim. Amma Ali təhsili başa vura və diplom ala bilmədim. Çünki 17 yaşımda ata-anamdan uzaq, tək və heç bir dəstəyim olmadan kasıb yaşayırdım və işləməyə məcbur idim.

Uşaqlığımdan çalışqan, bilmədiyim hər bir şeyi öyrənməyə maraqlı, çətinlikdən qorxmayan və öz batinini kəşf etmək istəyən biri idim. Həmişə bizi qoruyan fövqəlada bir varlığın mövculuğuna inanırdım. Həyatımın enişli-yoxuşlu yollarını keçdikdən və İslam dini ilə tanış olduqdan sonra özümü tapdım. Sonra da dostum, həyat şərikim və həyat yoldaşım ilə tanış oldum. O, Küveytlidir. Ailəsi isə İraqın Bağdad və Nəcəf şəhərlərindəndirlər. Biz Almaniyada iranlı bir ruhaninin oxuduğu nikah ilə evləndik. Üç övladımız uşaq ikən onları İslami dəyərlərlə tərbiyə edə bilmək üçün Uelsə, ərimin qohumlarının yanına mühacirət etdik. Uelsdə şiələr sakit və aram bir cəmiyyət yaradıblar. Müxtəlif yerlərdən olan insanlar bir-biri ilə hörmətlə və mehriban davranırlar. Övladlarım böyüyüblər, təhsillərini davam etdirirlər, mömin, inanclı və düzgün insandırlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button