İranın BMT-dəki nümayəndəsi “Məcid Təxt Rəvançi” çərşənbə axşamı səhər Amerikanın “NBC” kanalına verdiyi müsahibədə,General “Qasim Süleymani”nin terror edilməsində Amerika cinayəti cəzasız qala bilməz , niyə ki əsl cinayət bir insana qarşı oldu ki Terror təşkilatları ilə mübarizədə onun rolu inkar edilməz və danılmazdır.
Ölkəmizin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi İranın ABŞ ilə məhbusların mübadilə edilməsi mövzusu ilə əlaqədar da Söyləyib: Biz Hər iki tərəfin məhbus mübadiləsinə hazır olduğumuzu elan edirik. Həm İranda həbsdə olan məhbuslar, həm Amerikadakı məhbuslar, həmçinin Amerikaya ekstradisiya edilmə intizarında olanlar.
Təxt Rəvançi, nüvə razılaşması mövzusunda ABŞ ilə danışıqların yenidən başlaması barədə də söyləıyib: Top Amerika tərəfindədir. ABŞ 2018-ci ildə danışıqlar masasını tərk etdi, bu səbəbdən yeni prezidentin, keçmiş rəhbərliyin nəticəsi və uğursuz siyasətlərini davam etdirməsi və ya yeni bir səhifə açmaq istəməsinə qərar vermək Amerika tərəfindədir. Hər şey ABŞ-ın yeni hökumətindən asılıdır.