ArxivXəbər lentiXəbərlər

“İŞİD-in Türkiyəyə neft daşıyan yük maşınlarının foto və videosunu təqdim edə bilərik”

İranın Məsləhət Şurasının katibi İŞİD neftinin Türkiyə vasitəsilə satışı haqda danışıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı, hazırda  İranın Məsləhət Şurasının katibi Mohsen Rezayi cümə günü Tehranda müxbirlər qarşısında Türkiyə və İŞİD arasında olan neft satışı haqda deyib: “Əgər Türkiyə dövləti İŞİD terrorçu qrupu tərəfindən Türkiyəyə qanunsuz neft satışından xəbərsizdirsə, Tehran bu məlumatları Ankaranın ixtiyarına qoymağa hazırdır.”

“İranın Suriyadakı hərbi məsləhətçiləri İŞİD terrorçu qrupunun neft daşıyan yük maşınlarının Türkiyəyə gedən bütün yollarının fotosunu çəkib, filmini lentə alıblar və bu sənədlər təqdim oluna və yayıla bilər.” deyən Rezayi İŞİD başda olmaqla bütün təkfirçi qrupların məhv olunacağını önə çəkib.

Keçmiş Sepah komandanı sonra deyib: “Terrorizmlə mübarizə aparan ölkələr soyuqqanlılıqla öz aralarındakı problemləri azaltmalı və öz qüdrətlərindən İŞİD terrorçu qrupunu məhv etmək üçün istifadə etməlidirlər.”

Qeyd edək ki, Rusiya bir neçə gün müddət əvvəl Türkiyənin İŞİD-in qanunsuz neft ticarətində əli olması barədə sənədlərə malik olması haqda məlumatlar dərc etdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button