ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranla nüvə danışıqları yeni hökumətin fəaliyyətə başlamasından sonra mümkün ola bilər

İranla bağlanmış nüvə sazişini xilas etmək üçün Vyana danışıqları İranda yeni hökumət formalaşdıqdan sonra mümkün ola bilər.

Avstriya Teleradiosu (ORF) bu məlumatı İran mənbələrinə istinadən yayıb. Qeyd edilib ki, danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən xarici işlər nazirinin müavini Abbas Ərakçı öz sosial şəbəkə hesabında da bu mövzuda paylaşım edib. Nazir müavininə görə, danışıqlar avqust ayında yeni hökumətin fəaliyyətə başlamasını “gözləməlidir”.

Qeyd edək ki, Vyanada keçirilən nüvə danışıqlarının 6-cı raundu iyunun 21-də başa çatıb və həmin vaxt növbəti görüşün vaxtı barədə heç bir açıqlama verilməyib.

İranın yeni seçilmiş dövlət başçısı İbrahim Rəisi avqustun 5-də vəzifə səlahiyyətlərinə başladıqdan sonra danışıqların növbəti mərhələsi barədə hansısa fikir söyləmək olar.

Vyanada keçirilən son nüvə danışıqlarında İran və 2015-ci il sazişini imzalayan dövlətlərin ABŞ istisna olmaqla hamısı (Almaniya, Böyük Britaniya, Çin, Fransa və Rusiya) iştirak ediblər. ABŞ Prezidenti Co Bayden prinsip etibarilə İranla birbaşa danışıqlara tərəfdar olduğunu elan etsə də, bunun üçün İranın 2015-ci il sazişinə tam şəkildə əməl etməsi şərtini irəli sürüb. İran isə bunun üçün ABŞ-ın İrana qarşı sanksiyalarını aradan qaldırmalı olduğunu bildirib. Qarşılıqlı ziddiyyətlərə görə Vyana danışıqları ABŞ-ın birbaşa iştirakı olmadan keçirilib və iyun ayında yekun razılaşma əldə edilmədən yarımçıq saxlanılıb.

Elgün Niftəli

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button