AktualAktualArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranın Silahlı Qüvvələrinin Baş Qərargah və Sərhəd xidmətinin rəisləri Azərbaycana başsağlığı veriblər

Qafqaz.ir  SalamNews -a istinadən xəbər verir ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər Azərbaycan Respublikası sərhədçisinin şəhid olması ilə əlaqədar, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, eləcə də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Əhmədəli Qudərzi Azərbaycanlı həmkarlarına başsağlığı veriblər.

Bildirilib ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər Azərbaycan Respublikası sərhədçisinin şəhid olması ilə əlaqədar, İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri tərəfindən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin, eləcə də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Əhmədəli Qudərzi tərəfindən isə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin ünvanlarına ayrı-ayrılıqda başsağlığı məktubları göndərilib.

Həmin məktublarda dost və qardaş Azərbaycan Respublikasının dövlətinə, xalqına və şəhid olmuş şəxslərin yaxınlarına başsağlığı verilmiş və hadisə ilə bağlı dərin kədər hisləri ifadə olunmuşdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button