ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan, Rusiya və Ermənistan başçılarının Soçidə keçirilən görüşü irəliyə doğru atılan böyük addımdır

bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Qarabağ münaqişəsinin başa çatması sayəsində 30 ilə yaxın müddətdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması imkanı yaranıb.

“Üç dövlətin başçısı regionda münaqişədən sonrakı normallaşmanın gələcək addımlarını müəyyən edib. Bu ilin sonunadək sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Azərbaycan-Ermənistan komissiyasının yaradılması bu baxımdan çox vacibdir”, – Bayramov bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan bu sazişin təxirə salınmadan həyata keçirilməsini gözləyir və Cənubi Qafqazın daha dinc və proqnozlaşdırıla bilən regiona çevrilməsində öz rolunu oynayacaq.

“İndiki mərhələdə regionda davamlı sülhün bərqərar olması üçün beynəlxalq ictimaiyyətin fəaliyyətinə ehtiyac var. Beynəlxalq ictimaiyyətin indi edə biləcəyi ən yaxşı şey regionda yaradılmış yeni reallığı qəbul etməkdir. Bu baxımdan, həmkarlar regionla əməkdaşlıq üçün yeni imkanları ağılla qiymətləndirsinlər və nəzərdən keçirsinlər”, – deyə Bayramov fikrini yekunlaşdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button