ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranlı deputat: “İranla Azərbaycan bir millət, iki dövlətdir”

İranlı deputat bildirib ki, ölkəsi tarix və mədəni baxımdan qonşu ölkələrin xalqları üçün vətən sayıla bilər: “Bu nöqteyi-nəzərdən İran və Azərbaycan bir millət, iki dövlətdir.

Qafqaz.ir-nin məlumatına əsasən, Təbriz, Azərşəhr və Osku şəhərlərinin İslam Şurası Məclisindəki millət vəkili Əhməd Əlirza Beygi deyib: “Bu unikal tarixi fürsətdən ikitərəfli əməkdaşlığı genişləndirmək üçün ən optimal şəkildə istifadə edilməlidir”.

İranın 13-cü hökumətinin xarici siyasətdə rasional yanaşmasını ümidverici sayan millət vəkilinin fikrincə, yanaşmaların və münasibətlərin dəyişməsi ilə qonşu dövlətlərlə, xüsusilə Azərbaycan Respublikası və Türkiyə ilə əlaqələr daha da inkişaf edəcək.

Əhməd Əlirza Beyqi qeyd edib ki, ölkənin iqtisadi inkişafı üçün mühüm strategiyalardan biri də qonşu ölkələrlə mehriban, adekvat, inkişaf edən əlaqələrin, din, dil, etnik, mədəni və ictimai baxımdan ortaq cəhətlərin vurğulanmasıdır. “İranın coğrafi mövqeyi bizim Türkiyə və Azərbaycan da daxil olmaqla, bütün ölkələrlə çox sıx iqtisadi və siyasi əlaqələrimizin olmasını tələb edir. Bu əlaqələrdən hər iki ölkənin xalqları faydalana bilər”, – deyə o, vurğulayıb.

Bir sözlə, Əlirza Beyqi İranın qonşu ölkələrlə əlaqələrinin inkişaf etdirilməsini vacib sayır: “Bu ölkələrlə bir çox ortaq cəhətlərimizin olması ölkəmizin xarici siyasət idarəsi tərəfindən daha çox qabardılmalıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button