ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın Dövlət atributuna qarşı edilən hörmətsizliyə səfir etiraz etdi

İranın Dövlət atributuna qarşı edilən hörmətsizliyə səfir etiraz etdi

 İranın Azərbaycadakı səfirliyinin qarşısında edilən hərəkət sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, qardaş ölkənin milli atributlarına qarşı hörmətsizlik edən Milliyyətçi Gənclər Təşkilatı fəalları -Alparslan Öztürk ,Toğrul Əmiraslan, Zakir Kərimli və Müşviq Vəliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 100 manat cərimələnib.

Politoloqların fikrincə, bu cür etiraz iki ölkə arasındakı münasibətlərin ruhuna ziddir. Həmçinin, dövlət atributuna qarşı bu hərəkət qəbuledilməzdir.

İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri diplomatik missiyanın qarşısında törədilmiş xuliqanlıq hərəkətinə etirazını bildirib.

O, etirazını bu sözlərlə ifadə edib: “Dünən gecə İran İslam Respublikasının Bakıdakı səfirliyinə edilən bəzi insanların basqın və hörmətsizliyindən sonra buna qətiyyətli etirazların və rəsmi tədbirlərin ardınca diplomatik polis və Azərbaycanın Daxili İşlər Nazirliyi 4 təqsirkarı müəyyənləşdirib və onlar saxlanılıb”.

İran səfiri vurğulayıb ki, İslam Respublikasının səfirliyi tam araşdırma bitənə və təqsirkarlar cəzalandırılana qədər məsələni izləməyi davam etdirəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button