ArxivFilm​IslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İmam Xameneinin Rusiya nümayəndəsi Azərbaycanla sərhəddəki İran hərbi təlimlərindən danışdı VİDEO

Qafqaz.ir xəbər verir ki, İmam Seyyid Əli Xameneinin Rusiyadakı nümayəndəsi, Moskva İslam Mərkəzinin rəhbəri Hacı Sabir Əkbəri Ciddi İslam dünyasının ortaq düşmənlərinə qarşı ehtiyatlı və ayıq olmalı olduğunu bildirib.

Oktyabrın 1-də Moskvada söylədiyi cümə xütbəsində cənab Ciddi Azərbaycan-İran münasibətlərinin son vəziyyətinə toxunub, müsəlman ölkələrinin arasını vurmaq istəyənləri nəzərdə tuturaq vurğulayıb:

“Düşmən heç vaxt düşmənçiliyindən əl çəkməyəcək. Biz əgər onlardan uzaq durmaq istəsək də, onlar bizdən əl çəkməyəcəklər. Onlar bizi rahat qoymayacaqlar. Düşmən hiylələrindən biri də budur ki, öz niyyətlərini vasitələrlə həyata keçirirlər. Ona görə də məcburuq ki, özümüzü onlardan qorumaq üçün ayıq olaq”.

İsrail rejimi və ABŞ-ın daxil olduqları ölkələrə yalnız müharibə, ölümlər, fəlakət gətirdiyini deyən S.Ə.Ciddi onlara qarşı diqqətli olmağın vacib olduğunu söyləyib.

Azərbaycanla sərhəddə keçirilən İran hərbi təlimlərinə də münasibət bildirən açıqlamalarla daha ətraflı video materialda tanış ola bilərsiniz.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button