ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Elm və təlim

Həyat yolu 26

Elm və təlim

Tarix boyu düşmənlər tərəfindən din və İslam camiəsinə qarşı bir çox təhlükələr yönəlmişdir. Müsəlmanlar yalnız elmə və elm öyrənib-öyrətməyə xüsusi diqqət yetirdikləri zaman düşmənə qalib ola bildilər. Müsəlmanlar cəhalət və nadanlıq içərisində olduqda isə məğlubiyyətə uğradılar.

İslam aləminin xanımı həzrət Zəhranın (ə) ənənəsində elmə və elmin təliminə dəyər hər şeydən çox özünü göstərən bir məsələ olmuşdur.

Ayə

«قُلْ هَلْ یَسْتَوِی الّذینَ یَعْلَمُونَ وَ الّذینَ لایَعْلَمُونَ إنّما یَتَذَکَّرُ اُولُوا الألْبابِ»

“De: Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alar!”

(“Zumər” surəsi, ayə 9)

Hədis

قالَ رسُولُ الله )ص): «مَن لَم يَصبِر عَلىٰ ذُلِّ التَّعَلُّمِ ساعَةً بَقِیَ فی ذُلِّ الجَهلِ أبَدا»

Allahın rəsulu (s) buyurub: “Öyrənməyin bir saatliq çətinliyinə dözməyən kəs nadanliğin həmişəlik zillətində qalacaq.”

(“Mizanul-hikmət”, c. 3, səh. 2070)

Ənənə

– O dinsiz və inadkar düşmən qadınla mübahisənizin axırı nə oldu?

– Çox sevinirəm. Peyğəmbərin (s) qızı o məsələdə bizim mübahisəmizi eşitdikdə mənim sözümdəki dəlil və sübutları təsdiq etdi. Mənim üzümdə sevinci gördükdə buyurdu: “Səndən daha çox Allahın mələkləri sevindi və o düşmən qadının qəm-qüssəsindən çox şeytanın qəm-qüssəsi artdı.”

İmam Həsən (ə) bu məsələyə toxunaraq buyurur: “Allah Öz mələklərinə əmr etdi: Hər alim öz elmi ilə inadkar düşmənə qalib gəlmək üçün bir möminə kömək etsə, onun savabını min-min bərabər yazın.”

(“Biharul-ənvar”, c. 2, səh. 8)

Hekayə

İki övladı Birinci Dünya Müharibəsində həlak olmuşdu. Üç gün idi ki, vəziyyətini nəzərə alıb dərs vermək üçün onun yanına getmirdim.

Dördüncü gün Əmin[1] xanım bir nəfəri mənim yanıma göndərərək dərsi davam etdirməyi istədi. Onun evinə daxil olduqda narahat halda soruşdu:

– Dayı! Nə üçün dərsi dayandırmısan?

Dedim: – Övladlarınız təzə vəfat edib. Sizin vəziyyətinizi nəzərə alıb dərsi dayandırdım.

Bir anlıq sükutdan sonra dedi:

– Mən də Allahdan utanıram ki, üç gündür heç nə öyrənməmişəm. Allah övladları Özü mənə vermişdi və Özü də aldı.

(Ustadı Seyid Məhəmməd Əli Nəcəfabadinin dilindən müctəhid xanım Əminlə bağlı xatirə)

[1] Əmin xanım 1886-cı ildə İsfahanda dünyaya gəlib. O, böyük ustadların nəzarəti altında təhsil alaraq müctəhid, alim və fəzilətli qadınlardan olmuşdur. Əmin xanım öz əsrinin böyük fiqh, üsul, təfsir, fəlsəfə və irfan ustadlarından sayılırdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button