ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan Xəzər dənizində hərbi təlimlər keçirə bilər

İran və Azərbaycanın hərbi dəniz qüvvələri Xəzər dənizi hövzəsində hərbi təlimlər keçirə bilər.

“Report” xəbər verir ki, bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Qulam Rıza Bikam deyib.

O bildirib ki, İran Azərbaycanla sıx əlaqələrə malikdir və Tehran, həmçinin Xəzər regionunun digər ölkələri ilə dənizin hövzəsində birgə təlimlərin keçirilməsinə dair saziş üçün əməkdaşlıq edir.

Qulam Rıza Bikam, həmçinin İran və Rusiya müdafiə idarələrinin dəniz donanması üçün texnika tədarükü üzrə müqavilənin imzalanmasına dair danışıqlar apardığını bildirib. Admiralın sözlərinə görə, sazişə Tehran tərəfindən dənizdə xilasetmə əməliyyatlarının keçirilməsi və təcili yardım göstərmək üçün avadanlıqların alınması daxildir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button