Aktual

Milli Şuranın Rəsul problemi

Sülalə hakimiyyətindən boğaza yığılmış Azərbaycan xalqı ümidini Milli Şuraya bağladığı zamanda Milli Şura ətrafında bu səmimi xalqa layiq olmayan fiqurlar hərlənməkdədir. Kimsəyə sirr deyil ki, ABŞ-a qaçana qədər Heydər Əliyevin vuran əli olmuş Rəsul Quliyev birmənalı olaraq xalq tərəfindən qəbul edilmir. Belə müəmmalı işbazlar Milli Şuradan nə qədər uzaq olarsa Rafiq Əliyev kimi nüfizlu ziyalıların təsir gücü artar, şura işdə ziyalılar şurası kimi meydana girər.
Son xəbərə görə Rəsul Quliyev seçkidə iştirakdan imtina edib. Azərbaycanın uzun illərdir Amerikada mühacirətdə yaşayan eks-spikeri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Milli Şura sədri Rüstəm İbrahimbəyova dəstək verib. Sabiq spiker Modern.az-a açıqlamasında müxalifətin vahid namizəd məsələsinə toxunub. Bir müddət əvvəl mətbuata verdiyi açıqlamalarında prezident seçkilərində iştirak edəcəyini bəyan etmiş R. Quliyev Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyəcəyini bildirirb.
Şübhəsiz ki, Azərbaycana bütün təsir mexanizmlərini itirmiş, ölkəyə qayıda bilməyən Rəsul Quliyev minimumla razılaşmağa məcburdur. Rəsul Quliyevin MŞ-də təmsil olunması bu şüranın nüfuzuna kifayət qədər zərbə vurur. Onun prezidentliyə namizədliyinin MŞ tərəfindən dəstəklənməsi şura üçün son ola bilər. Xalqın gözü tərəzidir, gözdən düşmüş şəxsə hətta İbrahimbəyovun dəstəyi kömək ola bilməz. Görünür, Rəsul Quliyev bütün bu nüansları götür-qoy edib və böyük xəyəllardan vaz keçməyə qərar verib.

Həriman

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button