ArxivIslamXəbər lentiXəbərlər

Muhəmməd Rəsulallah(s.ə.s.) filmi Rusiyanın Dağıstan Respublikasında nümayiş etdirilir

Rusiyanın böyük şəhərlərində, xüsusən Moskva, Kazan və Sankt-Peterburqda nümayiş etdirilmiş iranlı rejissor Məcid Məcidinin çəkdiyi Muhəmməd Rəsulallah(s.ə.s.) filmi Dağıstan Respublikasında da nümayiş etdirilir.

IRNA-nın məlumatına görə, bu film müxtəlif növbələrdə noyabrın 17-dən bəri müsəlman sakinli Dağıstan Respublikasında nümayiş etdirilir.

Bu filmin Dağıstan Respublikasının müxtəlif şəhərlərində nümayiş etdirilməsi ilə bir vaxtda bu muxtar respublikanın mərkəzi olan Mahaç-Qalada da filmin özəl nümayişi təşkil edilib. Bu xüsusi mərasimdə filmin rejissoru Məcid Məcidi, quruluşçu rejissoru Saberi, eləcə də Amana rolunun ifaçısı Mina Sadati iştirak ediblər.

Məcid Məcidi bu gün öz çıxışında bu filmin çəkilişində göstərilmiş yeddi illik səyə, eləcə də regiondakı bəzi islami ölkələrdə baş verən son illərin hadisələrinə toxunub. O, deyib: Elə bir dünyada yaşayırıq ki, təəssüflə, bu gün İslam barədə qeyri-düzgün təsvirlər təqdim olunur və bunların əziz İslam dini ilə heç bir əlaqəsi yoxdur.

Məcidi deyib: Terror, zorakılıq, insan oğurluğu və bu gün İslamın adı ilə törədilən cinayətlərlə bağlı demək lazımdır ki, onlar İslamın adını oğurlayıblar və bu halların İslam dini ilə heç bir əlaqəsi yoxdur.

Dağıstanın elmi, dini və mədəni şəxsiyyətlərinin iştirakı ilə keçirilən bu mərasimdə Rusiya Müftilər Şurasının sədr müavini Dəmir Möhyəddin də iştirak edib.

İran istehsalı olan Muhəmməd Rəsulallah(s.ə.s.) filmi Həzrət Muhəmməd(s.ə.s)-in uşaqlıq həyatından söz açır və əhvalat o həzrətin təvəllüdü dövrünün ictimai şəraiti və cahillik dövründən başlanaraq, o həzrətin on iki yaşında olduğu dövrdə başa çatır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button